İqtisadi gündəm
Azərbaycanda qəhvə bahalaşa bilər - AÇIQLAMA
Dünya bazarında qəhvə bahalaşıb.
Publika.az xəbər verir ki, bunu ilk növbədə qəhvənin vətəni olan Braziliyada qiymətlərin artması ilə izah edirlər.
Bu ölkədə qəhvə plantasiyaları ötən il baş vermiş quraqlıqdan, daha sonra isə şaxtadan böyük ziyan çəkib, odur ki, yerli fermerlərin bol məhsul yığmaq planları özünü doğrultmayıb. Son nəticədə əmtəə birjalarında qəhvəni qiyməti son 10 ilin rekordlarını qırmağa başlayıb. Belə ki, Braziliya qəhvəsinin bir funtunun dəyəri 2,58 ABŞ dollara qədər artıb, hazırda isə qiymət 2,23 ABŞ dolları olmaqla sabtlləşib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 35% artım deməkdir.
Braziliya ilə yanaşı, digər aparıcı qəhvə ixracatçısı olan Kolumbiyada da plantasiyalar pis hava şəraitindən əziyyət çəkib. Bu ölkədə təsərrüfatların bir hissəsində məhsuldarlığın iki dəfə azala biləcəyi gözlənilir. Kolumbiyada qəhvə istehsalı, alqı-satqısı və ixracı ilə məşğul olan fermerlərin bir hissəsini birləşdirən “Minasul” kooperativi 2022-ci ildə istehsalın ümumi həcminin 1 milyon paketə qədər azalacağını gözləyir.
Qəhvəni bahalaşdıran təkcə qıtlıq deyil. Bu amillərə həm də dünyada logistikada sahəsində yaranmış çətinliklər - daşınma xərclərinin artması aiddir. Beynəlxalq Qəhvə Təşkilatının hesablamalarına görə, bu içkiyə qlobal miqyasda tələb təklifi üstələyə bilər. Son nəticədə bütün ölkələrdə, o cümlədən Azərbaycanda qəhvə bahalaşa bilər. Bunu “Report”a açıqlama verən, Azərbaycandakı kofeşopları qəhvə ilə təmin edən şirkətin mütəxəssisi Samir Quliyev istisna etmir: “Biz dünya birjalarındakı qiymətə uyğun olaraq qəhvə alırıq. Birjalarda qiymətlər qalxsa, bizdə də avtomatik olaraq qalxacaq”.
Onun sözlərinə görə, hazırda Azərbaycana iki növ qəhvə tədarük edilir: “Biri brend markall mağazalarda satışda olan qəhvədir. Digəri isə “Special coffe” adlanır. Belə məhsulların üzərində qəhvə ilə bağlı məlumat olur. Qəhvə hansı fermada yetişdirilib, necə emal olunub, qovurma tarixi, ağacın hündürlüyü nə qədər olub və.s. Bu məlumatlar varsa, deməli xüsusi qəhvə növü sayılır. Bu məhsulların qiyməti yüksək olur, kioqramı 40 manatdan başlayır. Qəhvə ağacının hündürlüyü nə qədər çoxdursa, məhsulu o qədər də baha olur. Yəni standart bir qiymət yoxdur. Hər dəfə fərqli ola bilər. Son vaxtlar logistikada da problem olduğu üçün qiymət bir az arta bilər. Hazırda Biz Almaniyadan qəhvə alırıq. Bizə oradan qəhvə meyvəsinin içindəki tum gəlir. Biz o tumu qovururuq. Sonra da paketləmə edirik”.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO





















.webp)













.jpg)


