İqtisadi gündəm
"Yelo Bank"dakı 3,5 milyonluq mənimsəmə ilə bağlı araşdırma başladı – Məhkəmə
"Yelo Bank"ın Bərdə filialının mütəxəssisi Müşfiq Əkbər və onun tanışı Cavanşir Əsədovun məhkəmə prosesi başlayıb.
Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra iclasda cinayət işinin məhkəmə baxışına verilməsi müzakirə edilib. Tərəflər cinayət işinin məhkəmə baxışına verilməsini, işin məhkəmə baxışında araşdırılmasına etraz etməyiblər. Hakimlər işin məhkəmə baxışına verilməsi barədə qərar qəbul ediliblər.
Cinayət işi üzrə məhkəmə baxışı dekabrın 17-nə təyin olunub.
Qeyd edək ki, "Yelo Bank"ın əməkdaşı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. Bankın Bərdə filialının mütəxəssisi Əkbər Müşfiq Şükür oğlu 3,5 milyon manat vəsaiti mənimsəmədə ittiham olunur.
O, vəzifə saxtakarlığı edərək 20-dən çox tanışının adına saxta kredit rəsmiləşdirilməasində ittiham olunur.
Ə.Müşfiqin bu işdə bankın əməkdaşı olmayan tanışı Cavanşir Əsədov ilə əlbir olduğu qeyd edilib.
Onların hər ikisinin barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib və barələrində həbs-qətimkan tədbiri seçilib.
İstintaq müddətində təqsirləndirilən şəxslər vurduqları ziyanın 2,9 milyon manatını geri ödəyiblər.
-
İdman22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Nida Xəbər 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
-
Magazin220:36"Harri Potterin"in valideynlərini onlar canlandıracaqlar
-
Dünya19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH











.jpg)

.jpg)





.jpg)

















