İqtisadi gündəm
Azərbaycan Prezidenti iranlı həmkarını təbrik edib
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə təbrik məktubu göndərib.
Publika.az-ın “AzərTAc”a istinadən məlumatına görə, məktubda
deyilir:
Hörmətli cənab Prezident,
İran İslam Respublikasının milli bayramı – İnqilab günü
münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz
adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Tarixən dostluq, mehriban qonşuluq şəraitində yaşamış, ortaq mənəvi
dəyərləri və ənənələri bölüşən qardaş xalqlarımızın iradəsinə uyğun
olaraq bu gün ikitərəfli münasibətlərimiz bütün sahələrdə yüksələn
xətlə inkişaf etməkdədir.
İnanıram ki, dövlətlərarası münasibətlərimizin daim
möhkəmləndirilməsi, beynəlxalq və regional qurumlar çərçivəsində
əməkdaşlığımızın səmərəli şəkildə davam etdirilməsi üçün bundan
sonra da qarşılıqlı səylər göstərəcəyik.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə
uğurlar, dost və qardaş İran xalqına əmin-amanlıq və firavanlıq
diləyirəm.
-
Sağlamlıq22:46Bazarda satılan bu məhsullar ağır xəstəliyə səbəb ola bilər - Diqqətli olun!
-
Region22:32Xamenei hücum nəticəsində tanınmaz hala düşüb? -
-
Sosial21:11Azərbaycanda bu xəstəliklə mübarizə üçün 7 milyona yaxın pul xərclənəcək
-
Sağlamlıq20:00ÜST hantavirusa yoluxma sayının artdığını açıqladı
-
Nəqliyyat19:50Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bərpa edilir? - Rəsmi açıqlama
-
Hadisə19:408 yaşlı azərbaycanlı Rusiyada faciəvi şəkildə öldü - Foto
-
Rəsmi xronika18:10İlham Əliyev WUF13-ün açılış mərasimində çıxış etdi - Foto/Video/Yeniləndi
-
Dünya17:26İrandan qeyri-adi QƏRAR: Tramp və Netanyahunu öldürən mükafatlandırılacaq

































.jpg)


