Hadisə
Bir milyardlıq ittihama yarımçıq cümlə ilə cavab verdi...
Ötən gün mətbuatda Azərbaycan Baş nazirinin 1-ci müavini Yaqub Eyyubovun oğlunun adına Latviyanın paytaxtı Riqa şəhərindəki bankda yerləşdirdiyi 1 milyard dolların dondurulması barədə xəbər yayılıb.
Publika.az xəbər verir ki, sözügedən xəbərdən bir sutkadan çox vaxt keçsə də, ittihamla bağlı nə Nazirlər Kabineti, nə də Yaqub Eyyubov tərəfindən bu rezonans doğuran məsələyə reaksiya bildirilib.
İlk baxışdan ölkə gündəminə bomba kimi düşən bu xəbərə heç bir rəsmi açıqlama verilməyib.
Yalnız Gununsesi.info saytı Yaqub Eyyubovu taparaq ona zəng edib. Dövlət rəsmisi isə jurnalistin sualına hətta tamamlanmayan cümlə ilə cavab verib və dəstəyi yerə qoyub:
“Nə pul, nə 1 milyard… Kim deyir bunu?”.
Qeyd edək ki, Yaqub Eyyubovun Azərbaycandan xaricə, xüsusilə də Kanadaya yüz milyonlarla vəsait çıxarması barədə faktlar illər öncə də yayılıb.
-
İdman00:30“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz bir dərinliklə qarşılaşacaqsınız
-
Nida Xəbər 4 Noyabr 23:24Sabiq nazir Koçaryanla bağlı faktları AÇIQLADI: "Xüsusi hazırlıq keçmiş agent olub" - VİDEOİ
-
MDB4 Noyabr 23:00Məşhur teleaparıcı 77 yaşında vəfat etdi - FOTO
-
Magazin14 Noyabr 22:24“Aygün xanımla aramızda soyuqluq var idi”
-
Sosial4 Noyabr 21:00Azərbaycanda bu rayon ləğv olunur?
-
ABŞ4 Noyabr 19:00Abortdan imtina edən 18 yaşlı sevgilisini AMANSIZCASINA QƏTLƏ YETİRDİ
-
Nida Xəbər 4 Noyabr 18:48Baş Prokurorluq onun xəstəxanada ölümü bağlı AÇIQLAMA YAYDI








.jpg)




























