Hadisə
Valideynləri 3 yaşlı uşağı pəhriz saxladaraq öldürdülər
İngiltərədə həddindən artıq veqan pəhriz tətbiq edərək 3 yaşlı oğlunun ölümünə səbəb olan və daha sonra meyitini evlərinin bağçasında basdıran cütlük ağır həbs cəzasına məhkum edilib.
Publika.az xəbər verir ki, Tai və Naiyahmi Yasharahyalah səhhətində ciddi problemlər olmasına baxmayaraq oğulları Abiyanı müalicə etməyiblər.
2020-ci ildə yalnız qoz-fındıq, kişmiş və soya südü ilə qidalanan Abiya tənəffüs yolu xəstəliyindən dünyasını dəyişib.
Uşağın meyitini 8 gün evdə saxlayan cütlük daha sonra bağçalarında 80 santimetr dərinlikdə quyu qazaraq, onu olan basdırıblar.
Bir müddət sonra məlum olub ki, cütlük uşağın meyiti ilə bağlı həqiqəti gizlədiblər.
“Coventry Crown” məhkəməsində baxılan işdə valideynlərin Abiyahın ölümünə səbəb olmaqda və ədaləti pozmaqda günahkar bilindiyi açıqlanıb. 42 yaşlı Tai Yasharahyalah 24, həyat yoldaşı 43 yaşlı Naiyahmi isə 19 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmədə cütlüyün cəmiyyətdən uzaq, öz qaydalarını təyin etdikləri “krallıq”da yaşadıqları və rəsmi səhiyyə xidmətlərindən imtina etdikləri bildirilib.
Aysel Şahmar
-
İdman00:25“Qarabağ” - “Neftçi” oyunu zamanı insidentə cəhd edən 19 azarkeş saxlanıldı
-
Qoroskop00:15Günün ULDUZ FALI: Sevdiyiniz insan evə sürprizlə gələ bilər
-
İdman17 Oktyabr 23:48Azərbaycan Dünya Çempionatına hazırlaşır - VİDEO
-
Art17 Oktyabr 23:36“Artıq müharibəyə aid dünyaya çıxaracağımız film var!” - VİDEO
-
Ekologiya17 Oktyabr 22:48Bu şəhərdə 103 illik temperatur rekordu qırıldı
-
Magazin117 Oktyabr 22:00Şəxsi brendi üçün açıq-saçıq pozalar verdi - FOTO
-
Magazin217 Oktyabr 19:00“Görürsən, başıma nə oyun açdın?” - Əfsanəvi "Star Trek"in ulduzu vəfat etdi
-
ABŞ17 Oktyabr 17:26Ev deyil, cəhənnəm: 9 uşağı ac-susuz qəfəsə salan ər-arvad həbs olundu - Foto







































