Neft ümid verdi, birjalar çökdü: gələn ilin iqtisadiyyatı nələr vəd edir? - HESABAT
Bizi izləyin

Hesabat

Neft ümid verdi, birjalar çökdü: gələn ilin iqtisadiyyatı nələr vəd edir? - HESABAT

Yola saldığımız həftə neftin qiyməti uzun müddətdən sonra 50 dolları keçdi. Belə ki, Rusiyanın neft bazarının gələcəyini müzakirə etmək məqsədilə digər istehsalçılarla bir masaya oturacağını açıqlaması əmtəə birjasında vəziyyəti neftin xeyrinə dəyişdi.

Dünya Bankı ilə Beynəlxalq Pul Fondunun (IMF) illik yığıncaqları reallaşdı. BVF-nun rəhbəri Christine Lagarde qlobal iqtisadiyyatın ən əhəmiyyətli iki problemini açıqladı. Birjaların itkiləri bəlli oldu. “Air France” 5 min nəfəri işdən çıxaracağını açıqladı, aləm bir-birinə dəyədi. Ərəb

“twitter”in ən böyük səhmdarlarından biri oldu.

Başlayaq Rusiyadan. Ölkənin enerji naziri Aleksander Novak OPEC və təşkilatın üzvü olmayan istehsalçılarla bir araya gəlməyə hazır olduqlarını açıqladı. Bunun ardınca bazar ertəsi günü brent tipli xam neftin bareli 55 sent artaraq 48.68 dollar, Texas nefti 45 sent artaraq 45.99 dollar oldu. Neft həftəni müvafiq olarar 52 və 50 dollarla başa vurdu.

Təkcə əmtəə deyil, səhm birjasında da vəziyyət yaxşı deyil. İlin üçüncü rübündə dünyada səhmlərin qiyməti qırmızı həyəcan nöqtəsinə düşüb. Dünya bazarlarında dəyəri 11 trilyon dollar olan səhmlər iyul ayından bu yana eniş nümayiş etdirib. Ekspertlərin rəyinə görə, son dörd ildə maliyyə bazarlarında proseslər bu ilin üçüncü rübündə olduğu qədər mənfiyə doğru yön almayıbmış. Üst-üstə enişlər bazarların pis bir nöqtəyə gəlməsinə səbəb olub.İlin üçüncü rübündə Hong Kong birjası 27.58, Şanxay indeksi 26.58%, Sinqapur 20.45% , Yaponiyanın Nikkei birjası isə 12.07% nisbətində eniş yaşayıb. Asiya ölkələrinin birjaları Hong Kong-Hang Seng 27.58 %,Şanxay 26.58%, Sinqapur 20.45%,Yaponiya Nikkei 12.07% dəyər itirib.

Orta Şərqdə Körfəz ölkələri də neftin qiyməti ilə bağlı ağır dövr yaşayıb. Körfəz ölkələri arasında ən az eniş 12 faizlə Abu Dabi və Dubay birjasında qeydə alınıb.Ən böyük eniş isə 18 faizlə Səudiyyə Ərəbistanı və 14 faizlə Misirdə olub. Səudiyyə Ərəbistanı 18,67%,Misir 14,63%, Dubay 12,19%, Abu Dabi 11,94% dəyər itirib.

Avro bölgəsinin birjaları da 2011-ci idəki böhrandan bu yana ən pis dövrünü yaşayıb.”Volkswagen” skandalı, mühacir problemi və Yunanıstandakı siyasi dalğalanmanın bu enişə təsiri olub.Almaniyanın DAX indeksi üçüncü rübdə -12.77 faiz olub. İspaniya və İngiltərə birjaları da 10 faizdən çox eniş yaşayıblar.Fransa isə -7.61 faizlə ən yaxşı performansı nümayiş etdirib.Almaniya 12.77%, İspaniya 11.55%, İngiltərə11.13%,Fransa 7.89% itki yaşayıb.

Yola saldığımız həftə bütün dünyaya borc verən iki mailyyə təşkilatı bir araya gəldilər. Belə ki,Perunun paytaxtı Limada Dünya Bankı ilə Beynəlxalq Pul Fondunun (IMF) illik yığıncaqları reallaşdı. Tədbirdən sonra açıqlama verən BVF-nun rəhbəri Christine Lagarde qlobal iqtisadiyyatın ən əhəmiyyətli iki problemi olduğunu dedi. Məlum oldu ki, bu Çin iqtisadiyyatındakı yavaşlama və Amerika Birləşmiş Ştatları Mərkəz Bankının gözlənilən faiz artımı qərarıdır: "Çin yeni bir böyümə modelinə keçir. Və ABŞ-ın pul siyasətində bir dəyişiklik gözlənilir.Bunlar lazımlı və sağlam qərarlardır. Lakin bu siyasətlər dünyanın digər ölkələrinə, valyutalarına, əmlak bazarlarına, sərmayə axışlarına təsir edəcək”.

Fransada sənaye məhsulları istehsalındakı artım avqust ayında son iki ilin ən yüksək səviyyəsinə qalxdı. Statistika Ofisinin məlumatlarına görə, sənaye sektorunda istehsal avqustda 1.6 faiz artıb. İyulda bu nisbət 1.1 faiz eniş nümayiş etdirmişdi. İqtisadçıların gözləmə

İtaliya isə Avropanın və dünyanın ən böyük şərab istehsalçısı ünvanını Fransanın əlindən aldı. İtaliya şərab istehsalını 13 faiz artırıb. 2015-ci il üzrə cəmi istehsalı 48.8 milyon hektolitre olub. Onu da bildirək ki, İtalyadan sonra Avropada ən böyük şərab istehsalçıları Fransa və İspaniyadır. Dördüncü, beşinci sıraları Almaniya, Portuqaliya bölüşür. Avropa Birliyində ən az şərab istehsal edən ölkə İngiltərədir.

Avropa xaricindəki digər şərab istehsal edən ölkələrin - ABŞ, Argentina, Avstraliya, Cənub Afrika, Çinin istehsal gücləri İspaniya ilə Almaniyanın istehsal güclərinə bərabərdir.

Dünya Bankı Asiya və Sakit Okean ölkələri üçün 2015-2016-cı illər üzrə artım rəqəmlərini aşağı çəkib. Bankın məlumatlarına görə, Çinin də daxil olduğu bölgədə iqtisadi artım proqnozu 2015-ci il üçün 6,5, 2016-cı il üçün 6.4 faiz olacaq. Konkret Çin iqtisadiyyatının artım proqnozu 2015-ci il üçün 7.1 faizdən 6.9 faizə, 2016-cı il üçün 7.0 faizdən 6.7 faizə düşüb.

Həftənin daha bir hadisəsi Türkiyə ilə Rusiya arasındakı siyası gərginliyin iqtisadi layihələri təhdid altına alması oldu. Konkret olaraq, Türkiyənin enerji istehlakının və təbii qaz təminatının bundan təsirlənməsi istisna edilmir. Hazırda ölkənin enerji və təbii qaz idxalında Rusiyanın payı 54 faiz təşkil edir. “Botaş” rəhbərliyinin açıqlamalarına görə, Rusiyadan ildə 26 milyard kubmetr qaz idxal edilir. Ümumilikdə Türkiyə ötən il 49.2 milyard kubmetr təbii qaz idxal edib. Göstərilən dövrdə Türkiyə İrandan 8.9 milyard kubmetr, Azərbaycandan isə təxminən 6 milyard kubmetr təbii qaz alıb. Onu da qeyd edək ki, rus təbii qazı “Qərb Xətti” və “Mavi Axın” boru xətləri ilə Türkiyəyə idxal olunur. Anadolu Agentliyi isə “BOTAŞ”-a istinadən yazır ki, Rusiya ilə münasibətlər pozulacağı təqdirdə LNG idxalı artırılacaq. Lakin səlahiyyətlilər bunun qısa vədəli və bahalı həll yolu olduğunu da inkar etmirlər. Türkiyənin Rusiyadan asılılığının əsas çıxış yolu kimi TANAP-in 2018-ci ildə təhvil verilməsi görülür. Digər tərəfdən İrandan alınan illik 10 milyard kubmetrə yaxın təbii qazın 20 milyard kubmetrə yüksəldilməsinə dair də müzakirələr aparılır. Şimali İraqdan idxalı gözlənilən təbii qaza bağlı da görüşlər keçirilir. Bu marşrut üzrə qazın 2017-ci ildən sonra Türkiyəyə idxalı gözlənilir.

Bu arada keçmiş enerji naziri Taner Yıldız da Rusiyaya qarşı sərt bəyanat səsləndirib: “Rusiyadan təbii qazı pulunu verib alırıq. Hədiyyə və ya havayı deyil. Risk yaranacağı halda cibindən pulu çıxan tərəf Rusiya olacaq”.

Rusiya tərəfi isə bu mövzuda daha sakit görünür. “Qazprom”sədri Aleksey Miller açıqlamasında siyasi faktorların "Türk Axını" ilə bağlı işlərə təsir etməyəcəyini söyləyib. O deyib ki, ortada reallaşdırılmasına başlanan razılaşma var: “İndi Türkiyə ilə hökümətlərarası müqavilənin mətni hazırlanır. Bu boru xəttinin tutumuna və proyektin reallaşdırılma müddəti ilə bağlı deyil. Lakin müqavilə mətninin hazırlanmasına dair işlər gedir. Heç bir faktor bu işlərimizə təsir edə bilməz"

İş dünyası

Yola saldığımız həftə iş dünyası “Air France” işçilərinin etiraz aksiyaları ilə silkələndi. Şirkətin rəhbərliyi 5 min nəfərin işdən çıxarılması planını açıqladı. Bazar ertəsi günü mərkəz ofisində keçirilən yığıncaqda 2900 nəfər işdən çıxarıldı. Bu da işçilərin etiraz aksiyasına səbəb oldu. Qeyd edək ki, hökumət şirkətin hissələrinin 17 faizinə sahibdir.

Səudiyyə Ərəbistanı şahzadəsi Əl-valid bin Talal ictimai paylaşma şəbəkəsi “twitter”in ən böyük səhmdarlarından biri oldu. Dünyanın ən böyük sərmayə şirkətlərindən Kingdom Holdinqin sahibi şəhzadə hissələrin 5 faizinə sahibdir. Hansı ki 2011-ci ildə bu rəqəm 3 faiz idi.

Azərbaycan

Gəldik çatdıq ölkəmizə. Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycan iqtisadiyyatına dair proqnozlarını dəyişdi. Azərbaycanın 2015-ci il üzrə iqtisadi artım proqnozunu 3,4 faiz bənd artırdı. BVF-nın “Dünya İqtisadi Proqnozları” adlı hesabatında qeyd olunur ki, Azərbaycan iqtisadiyyatını 2015-ci ildə 4% artım gözləyir. Halbuki apreldə yayımlanmış hesabatda BVF-nin bu proqnozu 0,6% idi. Fond gələn il Azərbaycanda ümumi daxili məhsulun 2,5% artacağını gözləyir. Əvvəlki proqnoz da 2,5% idi. BVF bu ilin sonunda Azərbaycanda inflyasiyanın 5%, 2016-cı ildə isə 4,2% təşkil edəcəyini gözləyir. Apreldə proqnozlar müvafiq olaraq 7,9% və 6,2% idi.

Valyuta Fondu ehtimal edir ki, bu il Azərbaycanın tədiyə balansı profisitli olacaq. Fondun qiymətləndirmələrinə əsasən, 2015-ci ildə Azərbaycanın tədiyə balansının profisiti 3 milyard dollar (apreldə proqnoz 5.3 milyard dollar idi), 2016-cı ildə isə 2.7 milyard dollar təşkil edəcək (apreldə proqnoz 8,2 milyard dollar idi). Fond Azərbaycanda işsizlik nisbətinin dəyişməyərək 6%-də qalacağını proqnozlaşdırır. BVF qlobal iqtisadiyyat üçün 2015-ci il üzrə artım gözləntisini 0.2 bənd aşağı salaraq 3.1%-ə, 2016-cı il üzrə artım gözləntisini isə 0.2 bənd salaraq faiz 3.6%-ə endirib. Fond Çinin 2015 və 2016-cı illər üzrə iqtisadi artım proqnozlarını dəyişdirməyərək müvafiq olaraq 6.8%-də və 6.3%-də saxlayıb. BVF avro zonası üçün 2015 artım gözləntisini dəyişdirməyərək 1,5%-də saxlayıb, 2016-cı il üzrə böyümə gözləntisini isə 0.1 bənd salaraq 1.6%-ə endirib. Hesabatda dünya iqtisadiyyatına yönəlmiş risklərin düşən əmtəə qiymətləri və artan maliyyə dalğalanmaları ilə yüksəldiyi qeyd edilib. Qlobal iqtisadi artım proqnozları 2015-ci il üçün 3.3%-dən 3.1%-ə, 2016-cı il üçün isə 3.8%-də faiz 3.6%-ə endirilib.

Bank sektorundan da xəbər var. Azərbaycan banklarında depozitlərin 75%-i xarici valyutada yerləşdirilib. Kredit təşkilatlarında problemli kreditlərin həcmi il ərzində 42%, avqustda 3% artıb. Sentyabrın 1-nə kommersiya banklarının iqtisadiyyata kredit qoyuluşları 19 milyard 729,2 milyon manat təşkil edib. Bu məbləğ, avqust ayının 1-i ilə müqayisədə 183,6 milyon manat azdır.Fevral ayının sonunda kommersiya banklarının iqtisadiyyata kredit qoyuluşları 20 milyard 254,4 milyon manata çıxmışdı. Həmin vaxtdan kredit qoyuluşları azalır.Sentyabrın 1-nə banklarda manatla depozitlər 4 milyard 38,7 milyon manat, xarici valyutada depozitlər isə 8 milyard 187,7 milyon manat təşkil edib. Müqayisə üçün qeyd edək ki, ötən ilin sonunda manatda depozitlər 7 milyard 275,8 milyon manat, xarici valyutada depozitlər isə 4 milayrd 130,3 milyon manat idi. Digər diqqət çəkən rəqəm kommersiya banklarının xalis xarici aktivlərinin 2015-ci il sentyabrın 1-nə 1 milyard 852,3 milyon manat mənfi saldo ilə tamamlanmasıdır. Bu, avqust ayının 1 ilə müqayisədə 281,6 milyon manat azdır. Fevralın sonunda bankların xarici xalis aktivləri 3 milyard 360,3 milyon manata çıxmışdı. Mart-avqust aylarında bankların xarici xalis aktivlərinin saldosu 1 milyard 508 milyon manat azalıb. Xalis xarici aktivlərin azalması əsasən bankların xarici öhdəliklərinin azalması ilə bağlıdır. Belə ki, avqust ayında bankların xarici öhdəlikləri 315,2 milyon manat azalaraq 6 milyard 246,2 milyon manata düşüb.

Qeyd edək ki, devalvasiyadan sonra fevralın sonunda bankların xarici öhdəlikləri 7 milyard 468,2 milyon manata yüksəlmişdi. Ötən dövrdə xarici öhdəliklər 1 milyard 222 milyon manat və ya 16,3% azalıb.

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm