İdman
“Qarabağ” rəsmisi: “Muarem bizim ən yaxşı futbolçularımızdan olub”
"Əskişəhərspor" iki futbolçusu ilə yollarını ayırmağa hazırlaşır.
Publika.az xəbər verir ki, onlardan biri yayda "Qarabağ"dan transfer edilən Muarem Muaremdir. Samet Aybabanı baş məşqçi postuna gətirən Əskişəhər təmsilçisinin yunanıstanlı hücumçu Teofanis Gekasla vidalaşacağı artıq dəqiqdir. Klubdan ayrılmaq istədiyini bildirən təcrübəli forvardın müqaviləsi ləğv ediləcək və onunla yollar ayrılacaq.
Aybaba mövsümlərarası fasilədə "Qarabağ"dan alınan Muaremin də xidmətinə ehtiyac duymur. Bu mövsüm cəmi 2 rəsmi matçda meydançaya çıxan makedoniyalı yarımmüdafiəçinin müqaviləsi ən geci qış fasiləsində ləğv ediləcək.
Onun yenidən "Qarabağ"a dönmək ehtimalı az deyil. Futbolçu bu yaxınlarda yerli mətbuata açıqlamasında "Əskişəhərspor"dan ayrılacağını və təklif gələrsə, Ağdam təmsilçisinə qayıda biləcəyini istisna etməmişdi.
“Qarabağ” rəsmisi Nurlan İbrahimov Publika.az-a açıqlamasında Muaremin qayıtmasıyla bağlı heç bir söhbətin olmadığını bildirdi:
“Muarem bizim ən yaxşı futbolçularımızdan biri olub. Amma indi “Əskişəhərspor”un şərəfini qoruyur. Oradan ayrılması haqda eşitməmişik. Ayrilsa belə, “Qarabağ”a qayıtması haqda nəsə demək düz olmaz. Bu, etik qaydalara ziddir”.
Muarem 2012-2015-ci illərdə "Qarabağ"ın formasını geyinib.
-
İdman14:14İtaliya bu qadın hakimdən danışır: Azarkeşlər tələb edirlər ki... - FOTOLAR
-
İqtisadi gündəm14:08Bakı zəmanət verdi: Azərbaycanın bu ölkədə idarə etdiyi liman sanksiyadan qurtuldu
-
Nida Xəbər 13:59Humanitar yük aparan maşınlar sərhədi keçdi - FOTO/VİDEO
-
MDB12:40Rusiya iqtisadiyyatı problemlə üz-üzə - Böhran qaçılmazdır
-
Köşə12:34Açın pərdələri, o gəlir - 153-cü bahar...
-
İdman12:28Futbolda dəhşət: Rəqibinin ayağını sındırdı, kütləvi dava düşdü - FOTO/VİDEO
-
Nida Xəbər 12:10Bu quruma xidməti maşınlar verildi - Baş nazirin qərarı ilə...
-
Dünya11:19Netanyahudan günlərdir xəbər yoxdur - Ölüb?








.webp)


























