İdman
Azərbaycan çempionatındakı ŞÜBHƏLİ OYUNLAR ARAŞDIRILIR
AFFA-nın danışılmış oyunların araşdırılması ilə bağlı komissiyası Azərbaycan çempionatının bəzi oyunlardakı şübhəli məqamlara dair araşdırmalara başlayıb.
Publika.az xəbər verir ki, araşdırmalar, xüsusən, I Divizion qarşılaşmalarını əhatə edir. Komissiya mətbuatda mövzu ilə əlaqədar vaxtaşırı informasiyaların dərcini də nəzərə alaraq hərəkətə keçib.
Öz növbəsində AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu Report-un sorğusuna cavab olaraq, xəbəri nə təsdiq, nə də təkzib edib. Qurum rəsmisi proses barədə konkret məlumat verməsə də, bununla bağlı mütəmadi işlərin görüldüyünü bildirib. Onun sözlərinə görə, proses UEFA ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində həyata keçirilir.
M.Nərimanoğlu, həmçinin xatırladıb ki, AFFA-nın İcraiyyə Komitəsinin avqustun 29-da keçirilmiş iclasında “Danışılmış oyunlar və oyun nəticələrinin manipulyasiyası” ilə bağlı Bəyannamə qəbul olunub. Həmin Bəyannaməyə əsasən, peşəkar futbolla bu və ya digər şəkildə məşğul olan hər bir şəxs sənədi imzalamaqla üzərinə müvafiq öhdəlik götürür: "Bəyannamə AFFA tərəfindən müvafiq futbol strukturlarına təqdim olunub. Eyni zamanda, UEFA Avropa futbolunun sağlam gələcəyini təmin etmək, şəffaf rəqabəti qorumaq, futbolda idman nəticələrinin manipulyasiyası və razılaşdırılmış oyunlar kimi neqativ halları aradan qaldırmaq üçün mütəmadi tədbirlər həyata keçirir”. (Report)
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat


















.jpg)



















