İdman
“Azarkeşləri fantastik gecə gözləyir"
Bu gün UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində baş tutacaq “Real”-PSJ matçı öncəsi Madrid klubunun müdafiəçisi Marselo açıqlama verib.
Braziliyalı oyunçu qalibiyyətin əhəmiyyətinin fərqində olduqlarını deyib:
“Maksimum dərəcədə oyuna köklənmişik. Biz belə qarşılaşmalarda qalibiyyətin əhəmiyyətini bilirik. Ona görə də PSJ ilə oyun bizə əlavə motivasiya verir. Mən “Real”ın heyətində çox matça çıxmışam. Ancaq hər zaman daha çoxunu əldə etmək istəyirəm. Bizim əla məşqçimiz var. Zidan bizə çox kömək edir. Ona görə düşünürəm ki, mükəmməl bir matç alınacaq".
Braziliyalı futbolçu bildirib ki, hər bir komanda Ronaldo və Neymar kimi futbolçuya sahib olmaq istəyir:
“Ancaq bu komandalar Ronaldo və Neymardan ibarət deyil. Biz Neymara fokuslanmamışıq. O, əla oyunçudur. PSJ-dəki bütün oyunçular kimi. PSJ-də 3 möhtəşəm hücumçu var. Azarkeşləri “Santyaqo Bernabeu”da fantastik gecə gözləyir. Düşünürəm ki, hər iki komanda açıq oyun oynayacaq. Ancaq heç kim məğlubiyyətdən sığortalanmayıb”.
Zümrüd
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO



































