İdman
“Qarabağ”ın taleyini yaşayan “Beşiktaş”ın baş məşqçisi: “Danışmaq istəmirəm”
Çempionlar Liqasının 1/8 final mərhələsində “Bavariya”ya böyük hesabla məğlub olan “Beşiktaş”ın baş məşqçisi Şenol Güneş matç haqqında təəsüratlarını bölüşüb.
Publika.az xəbər verir ki, təcrübəli baş məşqçi artıq turnirdə irəliləmək şanslarının qalmadığını bildirib:
“Bugünə qədər gözəl oyun nümayiş etdirərək bura gəldik. Ancaq bu gün layiq olduğumuz oyun olmadı. 10 nəfərlə qaldıqdan sonra matça nəzarəti itirdik. Mübarizə aparmağa çalışdıq, ancaq qol buraxdıqdan sonra rəqib daha rahat oynadı. Rəqibimiz yaxşı komandadır. Nəticə necə olur olsun, ciddi oyun nümayiş etdirirlər. Azarkeşlərə daha gözəl futbol izlətdirmək istəyirdik, amma alınmadı. Belə bir komandaya qarşı daha diqqətli olmalı idik. Ən çox rəqibə öz meydanımızda oynamağa şans verməyimizə üzülürəm.
İlk hissədə Vaqner Lavın qol epizodu oldu. İkinci hissə barədə danışmaq istəmirəm, çünki oyununun taleyi həll olunmuşdu”.
“Bavariya”nın baş məşqçisi Yupp Haynkes isə “Beşiktaş”ın belə bir məğlubiyyətə layiq olmadığını dilə gətirib:
“Maçtdan öncə də demişdim. “Beşiktaş” çox yaxşı bir komandadır və 5:0-lıq məğlubiyyətə layiq deyil. İlk hissədən üstünlüyü ələ aldıq. İstanbulda da öz oyunumuzu nümayiş etdirəcəyik. Hücum oyunu quracağıq. Əlimdə bir çox hücum silahı var və bu məni sevindirir”.
Qeyd edək ki, dünən “Allianz” arenada keçirilən maçtın 16-cı dəqiqəsində “Beşiktaş”ın müdafiəçisi Demaqoy Vida qırmızı kart alıb. Məhz bu epizoddan sonra İstanbul klubu üstünlüyü əldən verərək matçın taleyini “Bavariya”nın öhdəsinə buraxıb. Xatırladaq ki, “Qarabağ” da Çempionlar Liqasının qrup mərhələsində “Çelsi”yə qarşı ev oyununda eyni taleyi yaşamışdı.
Zümrüd
-
Qoroskop01:41Bu bürclər xoşbəxtlik gətirir - onların yaxınlığında şanslı bir zolaq başlayır
-
Qoroskop00:00Günün ulduz falı - Köhnə xatirələr ortaya çıxa bilər
-
Magazin214 Mart 23:12“Hülya Avşarın serialı bərbaddır” - Video
-
Avropa14 Mart 23:00Rusiya Ukraynanı elə bombalarla vurdu ki... - Dəhşətli görüntülər
-
Magazin214 Mart 22:48Əfsanəvi qrupun gitaristi vəfat etdi
-
Magazin114 Mart 22:00"Gündə bir dəfə qidalanıram, 5 ildən bir xəstələnərəm"
-
İdman14 Mart 21:36Millinin baş məşqçisi gizlicə Belarusa köçdü
-
Səhiyyə14 Mart 20:48Azərbaycanda tanınmış həkim vəfat etdi - Foto


































