İdman
Türkiyəli baş hakim Çempionlar Liqasına damğasını vurdu - Marselo etiraf etdi - YENİLƏNDİ - - VİDEO
"Real"ın futbolçusu Marselo Çempionlar Liqasının yarımfinalında "Bavariya" ilə cavab oyununda (2:2) hakimin penalti təyin etmədiyi mübahisəli epizod haqda danışıb.
Publika.az xəbər verir ki, futbolçu Ximmixin ötürməsi zamanı topun əlinə dəydiyini etiraf edib:
"Bəli, top əlimə dəymişdi. Penalti var idimi? Məncə, var idi".
“Bavariya”nın baş məşqçisi Yupp Haynkes isə epizoda görə hakimdən şikayət etməyəcəklərini deyib:
“Epizod 100 faiz penalti idi. Amma bu haqda çox danışmayacam. Çox epizoddan istifadə etmədik. Buna görə hakimdən şikayət etməyəcəm və sızıldamayacam. Uzun müddətdir "Bavariya"nın bu qədər yaxşı oynadığını görməmişdim. "Real" ancaq sürətli hücumlarla yadda qaldı. Karyeramı bitirəcəm. Ancaq futboldan belə getdiyimə görə üzülürəm”.
Qeyd edək ki, matçı türkiyəli hakim Cüneyt Çakır idarə edib.
***
Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində görüşən “Real”- “Bavariya” matçında gərgin anlar yaşanıb.
Publika.az xəbər verir ki, matçın 45+1-ci dəqiqəsində "Bavariya" futbolçusu Ximmixin ötürməsi zamanı top “Real”ın oyunçusu Marselonun əlinə dəyib. Lakin görüşün türkiyəli baş hakimi Cüneyt Çakır matça davam qərarını verib.
Mübahisəli epizod “Bavariya”lı futbolçular tərəfindən sərt etirazla qarşılanıb. Qərar sosial mediada da geniş müzakirə olunub. Azarkeşlər türkiyəli hakimin “Real Madrid”in xeyrinə qərar verdiyinə görə sərt şəkildə etitrazlarını bildirib.
Qeyd edək ki, matş 2:2 hesablı bərabərliklə başa çatıb. İlk matçda 2:1 hesabı ilə üstünlük əldə edən "Real" turnirin finalına yüksəlib.
Zümrüd
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO



































