İdman
Bu il Qətərdə üç stadion istifadəyə veriləcək
2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə XXII dünya çempionatına hazırlıq prosesi çərçivəsində cari ildə bu ölkədə üç stadion istifadəyə veriləcək.
Publika.az TASS agentliyinə istinadla xəbər verir ki, “Əl-Vakra” və “Əl-Beyt” stadionlarının inşası artıq başa çatmaq üzrədir. Bu arenaların il ərzində açılışı olacaq. Bundan əlavə, paytaxt Dohada “Qatar Foundation Stadium” arenasının da tikintisi ilin sonuna qədər başa çatdırılacaq. Qırx beş min tamaşaçı tutumuna malik olacaq həmin stadion ən müasir texnologiyalarla təchiz ediləcək.
Qırx min tamaşaçı yerlik “Əl-Vakra” stadionu ənənəvi ərəb gəmisi üslubunda tikilib və körfəz dənizçilərinə həsr olunub. Əl-Xor şəhərindəki “Al-Beyt” arenası isə 60 min tamaşaçı yerlikdir və bədəvi çadırını xatırladır.
Qətərin qonaqpərvərliyini nümayiş etdirəcək “Əl-Rayyan” arenasının tamaşaçı tutumu 40 min nəfər olacaq. Həmin stadionun açılışı 2021-ci ilə nəzərdə tutulub.
Ümumilikdə, dünya çempionatı üçün səkkiz stadion tikiləcək və ya yenidən qurulacaq. Bundan əvvəl Dohada 40 min tamaşaçı tutumu olan “Xəlifə” arenası istifadəyə verilib.
XXII dünya çempionatının oyunları 2022-ci il noyabrın 21-dən dekabrın 18-dək yeddi şəhərdə - paytaxt Doha ilə yanaşı, Lusail, Əl-Vakr, Əl-Xore, Əl-Rayan, Ümm-Salal və Mədinət-əş-Şamalda keçiriləcək.
-
Avto05:45İkinci əl avtomobil alarkən diqqət edilməli gizli detal
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region27 Noyabr 19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal27 Noyabr 18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 27 Noyabr 15:20Əli Əsədov qərar imzaladı
-
Region27 Noyabr 12:42Dramatik hadisələr olur, Cənubi Qafqaz iki hissəyə bölünmə nöqtəsindədir - Krılov






.webp)





.jpg)


.jpg)

















