İdman
22 yaşlı gəncdən AVROPA REKORDU
İsveçrəli atlet Julien Vanders yarımmarafon yarışında yeni Avropa rekordu müəyyənləşdirib.
Publika.az Azərbaycan Atletika Federasiyasının saytına istinadla xəbər verir ki, 22 yaşlı atlet Birləşmiş Ərəb Əmirliklərində keçirilən yarımmarafon yarışında 59 dəqiqə 13 saniyə nəticə ilə qalib gəlib. O, bu nəticə ilə britaniyalı Mo Faraha məxsus əvvəlki rekordu (59 dəqiqə 32 saniyə) yeniləyib.
Julien Vanders yarışda keniyalı Stefan Kiprop (58:42) və efiopiyalı idmançılar Abadi Hadis (58:44) və Fikad Haftudan (59:08) sonra dördüncü pillədə qərarlaşsa da onun nəticəsi Avropa rekordu olub. Atlet bu barədə deyib: “Yeganə çatışmayan cəhət mənim dördüncü yeri tutmağım oldu. Mükafatçılar kürsüsündə yer almasam da, bu göstəriciyə görə çox şadam”.
Julien Vanders İsveçrə çempionatlarında üç dəfə qızıl medala layiq görülüb.
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO



































