İdman
Tale Heydərov Ronaldinyo ilə RAZILIĞA GƏLDİ: Gələn il...
Azərbaycanda Ronaldinyo Futbol Akademiyasının açılışı gələn ilə təxirə salınıb.
Bu barədə “Qəbələ” İdman Klubunun sabiq prezidenti Tale Heydərov “Emerging Europe”də yazıb. O, akademiyanın 2020-ci ilin əvvəlində açılacağını bildirib: “Qəbələ” Futbol Akademiyasının uğurları əfsanəvi Ronaldinyonun Azərbaycanda ilk futbol akademiyasını açmaq üçün bizimlə əməkdaşlıq etməsində həlledici rol oynadı. Ronaldinyo Futbol Akademiyasının 2020-ci ilin əvvəlində açılışını səbrsizliklə gözləyirik”.
2017-ci ilin martında məşhur braziliyalı futbolçu Ronaldinyo ilə “Qəbələ” İdman Klubu arasında müqavilə imzalanıb. Sözləşməyə əsasən, ulduz futbolçu “Qəbələ” klubunun dəstəyi ilə Bakıda Futbol Akademiyası açmalıdır. Lakin akademiyanın açılışı müxtəlif səbəblərdən bir neçə dəfə təxirə salınıb.
“Qəbələ” İK bu ilin aprelində T.Heydərovun prezident postundan istefasının Ronaldinyo Futbol Akademiyasının açılışına təsir etməyəcəyini bəyan edib. Həmin vaxt akademiyanın bu il istifadəyə verməyi planlaşdırdıqları vurğulanıb.
Qeyd edək ki, Ronaldinyonun doğulub boya-başa çatdığı Portu Aleqri şəhərində, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində "Ronaldinho Soccer Academy" fəaliyyət göstərir.
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO




































