İdman
Bu gün “Qarabağ”ın rəqibləri müəyyənləşəcək
Bu gün İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Publika.az xəbər verir ki, Bakı vaxtı ilə saat 15:00-da başlayacaq tədbirdə 48 komanda 12 qrupa bölünəcək.
Ağdamın “Qarabağ” klubu ikinci səbətdə yer alacaq. Bu isə Ağdam komandasının özündən aşağı reytinqli iki komanda ilə eyni qrupa düşəcəyi anlamına gəlir.
Səbətlərin tərkibi:
1-ci səbət: "Arsenal" (İngiltərə), "Tottenhem" (İngiltərə), "Roma" (İtaliya), "Napoli" (İtaliya), "Benfika" (Portuqaliya), "Bayer" (Leverkuzen, Almaniya), "Vilyarreal" (İspaniya), MOİK (Moskva, Rusiya), "Braqa" (Portuqaliya), "Gent" (Belçika), PSV (Eyndhoven, Niderland), "Seltik" (Şotlandiya),
2-ci səbət: "Dinamo" (Zaqreb, Xorvatiya), "Sparta" (Praqa, Çexiya), "Slaviya" (Praqa, Çexiya), "Lüdoqorets" (Bolqarıstan), "Yanq Boyz" (İsveçrə), "Srvena Zvezda" (Serbiya), "Rapid" (Vyana, Avstriya), "Lester" (İngiltərə), PAOK (Yunanıstan), "Qarabağ" (AZƏRBAYCAN), "Standard" (Lyej, Belçika), "Real Sosyedad" (İspaniya),
3-cü səbət: "Qranada" (İspaniya), "Milan" (İtaliya), AZ (Alkmaar, Niderland), "Feyenoord" (Niderland), AEK (Afina, Yunanıstan), "Makkabi" (Təl-Əviv, İsrail), "Reyncers" (Şotlandiya), "Molde" (Norveç), "Hoffenhaym" (Almaniya), LASK (Avstriya), "Hapoel" (Beer-Şeva, İsrail), "Zarya" (Luqansk, Ukrayna),
4-cü səbət: ÇFR (Kluj, Rumıniya), "Lill" (Fransa), "Nitsa" (Fransa), "Riyeka" (Xorvatiya), "Dandolk" (İrlandiya), "Slovan" (Liberets, Slovakiya), "Antverpen" (Belçika), "Lex" (Poznan, Polşa), "Sivasspor" (Türkiyə), "Volfsberq" (Avstriya), "Omoniya" (Kipr), MOİK (Sofiya, Bolqarıstan).
Qeyd edək ki, qrup mərhələsinin oyunları okty0abrın 22-də və 29-da, noyabrın 5-də və 26-da, həmçinin dekabrın 3-də və 10-da keçiriləcək.
-
Magazin106:16“Eşref Tek”in tərəf müqabili bəlli oldu - FOTO
-
Avropa05:45Tutduğu balıq sayəsində milyonçu oldu
-
Dünya04:44Ordular birləşdi, genişmiqyaslı əməliyyat başladı
-
Sosial03:43Bu rayonların bir sıra ərazilərində işıq olmayacaq
-
Hadisə02:42Xırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - VİDEO/YENİLƏNDİ
-
Magazin202:12Elza çiyinləri açıq libasda poza verdi - FOTO/VİDEO
-
Magazin101:11Ev dustaqlığına buraxılan Leyla Əhmədovanın yeni FOTOLARI
-
Kriminal00:45Azərbaycanda molla arvadını qətlə yetirdi - Təfərrüat

















.jpg)













.jpg)



