İdman
Avropanın nəhəng klubları Superliqa yaradır
Bu gün Avropanın ən reytinqli futbol çempionatlarında çıxış edən klubların müstəqil Superliqa yaratmalarını elan etməsi gözlənilir.
Həmin klubların arasında beş və ya altı Premyer-Liqa təmsilçisi, həmçinin La Liqa və A Seriyasının hər birindən üç klubun da olduğu bildirilir.
Publika.az xəbər verir ki, bu barədə idman jurnalisti Bertran Latur “Twitter”də yazıb.
Məlumata əsasən, Avropa Superliqası 20 komandadan ibarət olacaq. Klublar hər biri on komanda olmaqla iki qrupa bölünəcəklər.
Hər bir klub liqaya daxil olarkən 100-350 milyon avro arası bonus alacaq. Liqa komandaları mövsüm ərzində 18-23 matç keçirəcək və ilk etapda oyunlardan təxminən 4 milyard avro vəsait əldə olunacaq.
Qeyd edək ki, UEFA Superliqada iştirak edəcək klubların Çempionlar Liqası və Avropa Liqası kimi turnirlərə buraxılmayacağını bildirib. Həmçinin qurum növbəti illərdə adıçəkilən turnirlərdə də ciddi dəyişikliklər edəcəyini açıqlayıb. / Oxu.az
-
Magazin106:16“Eşref Tek”in tərəf müqabili bəlli oldu - FOTO
-
Avropa05:45Tutduğu balıq sayəsində milyonçu oldu
-
Dünya04:44Ordular birləşdi, genişmiqyaslı əməliyyat başladı
-
Sosial03:43Bu rayonların bir sıra ərazilərində işıq olmayacaq
-
Hadisə02:42Xırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - VİDEO/YENİLƏNDİ
-
Magazin202:12Elza çiyinləri açıq libasda poza verdi - FOTO/VİDEO
-
Magazin101:11Ev dustaqlığına buraxılan Leyla Əhmədovanın yeni FOTOLARI
-
Kriminal00:45Azərbaycanda molla arvadını qətlə yetirdi - Təfərrüat

















.jpg)













.jpg)



