İdman
Samir Abasov: "Sabahkı matçın gərginliyi artıq hiss olunmağa başlayıb"
UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsi çərçivəsində iyulun 14-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Dinamo” oyunu öncəsi komandamızın baş məşqçisi Samir Abasov və kapitan Emin Mahmudovun iştirakı ilə mətbuat konfransı təşkil olunub.
Publika.az xəbər verir ki, əvvəlcə baş məşqçi oyun haqda fikirlərini bölüşüb: “Sabah bizim üçün çox önəmli və xoş gündür. Xoş gün olmasının səbəbi azarkeşlərimizin tribunada olmasına icazə verilməsidir. Bu işdə əməyi olanların hər birinə təşəkkür edirəm. Bu bizim xeyrimizə atılmış çox möhtəşəm addımdır.
"Sabahkı matçın gərginliyi artıq hiss olunmağa başlayıb. İndidən hansı ajiotajda oynayacağımızı görürük. Hansı komandaya qarşı mübarizə aparacağımızı bilirik. Gürcüstan çempionatının yarısı geridə qaldığına və rəqib komanda tam hazır olduğuna görə bizə əziyyət yaratdı. Səfərdə nəticə ilə oyunumuz üst-üstə düşmədi, çalışacağıq sabah bunu düzəldək. Artıq səfər qolu da ləğv olunub. Buna görə də biz sabah hesaba yox, oyunumuza güvənib nələrsə göstərməyə çalışacağıq. Alınacaqsa, nə xoş bizə”, - deyə baş məşqçi əlavə edib.
Kapitan E.Mahmudov deyib: “Baş məşqçinin dediyi kimi, bizi çətin oyun gözləyir. Gürcüstan çempionatı davam etdiyi üçün hazırda rəqib daha yaxşı formadadır. Amma biz çalışacağıq ilk matçla müqayisədə daha yaxşı oyun göstərək, topa daha çox nəzarət edək. Lazım olan nəticəni qazanmaq üçün maksimum əlimizdən gələni etməyə çalışacağıq”.
"Penaltilər üzərində həmişə çalışıram. Məncə, pis alınmır. Rəqibin zəif və güclü tərəfləri haqda baş məşqçi bizə məlumat verir. İlk oyundakı səhvləri bu dəfə düzəldəcəyik. Səfər qolunun ləğv olunmasının tərəfdarı deyiləm. Artıq oyun sonrası penaltilərə çox müraciət olunacaq", - deyə futbolçu əlavə edib.
Komandalar arasında Tbilisidə təşkil olunan ilk görüş "Neftçi"nin 2:1 hesablı qələbəsi ilə bitib. İyulun 14-də "Bakcell Arena"da oynanılacaq cavab qarşılaşması saat 21:00-da başlayacaq.
-
Region02:42İran səfirindən Avropaya KRİTİK MESAJ - “Tehranın gücünü qəbul etməlisiniz”
-
Sağlamlıq01:11C vitamini ilə bağlı mif dağıldı - Soyuqdəyməyə qarşı kömək etmir, əksinə..
-
Magazin100:15Könül Kərimovanın qızı boşandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, münasibətinizi daha da gücləndirəcək
-
Magazin229 Avqust 23:36Cem Yılmaz xəstəxanaya yerləşdirildi
-
ABŞ29 Avqust 23:00Tramp CNN telekanalı ilə bağlı elə sözlər dedi ki...
-
MDB29 Avqust 22:24Qadın liftdə uşaq dünyaya gətirdi
-
Sağlamlıq29 Avqust 22:12Mədə şişkinliyinə qarşı bunları edin






















.webp)
.png)










.jpg)
.jpg)