İdman
Çempionlar Liqası: "Neftçi" Bakıda da "Dinamo"nu məğlub etdi - (YENİLƏNDİ)
“Neftçi” UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab oyununda Gürcüstanın “Dinamo” (Tbilisi) komandası ilə qarşılaşıb.
Publika.az xəbər verir ki, “Bakcell Arena”da keçirilən görüş Tbilisidə olduğu kimi flaqmanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qitənin ən nüfuzlu klub turnirində yubiley – 20-ci oyununa çıxan meydan sahibləri matça fəal başlayıblar. Paytaxt təmsilçisi 24-cü dəqiqədə qola yaxın olsa da, Yusuf Lavalın sol cinahdan ötürməsinə Sezar Meza Kolli toxuna bilməyib. Qonaqların buna cavabı daha təhlükəli alınıb. Cinah ötürülən topu Giorgi Qabedava başla qapıya göndərsə də, Aqil Məmmədov rəqib hücumçunun fərqlənməsinə imkan verməyib. 44-cü dəqiqədə Qabedava növbəti dəfə diqqət mərkəzinə düşüb. Bu dəfə onun zərbəsində azacıq dəqiqlik çatmayıb. Birinci hissə qolsuz bərabərliklə yekunlaşıb.
İkinci yarının startında “Neftçi”nin heyətində Mamadu Mboc kobud səhvə yol verib. Amma Gürcüstan təmsilçisi oyunçunun bu “hədiyyə”sindən istifadə edə bilməyib. Buna baxmayaraq, 51-ci dəqiqədə “Dinamo” Milan Radinin qolu ilə hesabı açıb. Lakin qonaqların sevinci cəmi 7 dəqiqə çəkib. Cərimə meydançasında Meza Kolliyə qarşı kobudluqdan sonra təyin olunmuş penaltini kapitan Emin Mahmudov dəqiq yerinə yetirib. Hesabı bərabərləşdirdikdən sonra hücuma daha inamla atılan “ağ-qaralar” 68-ci dəqiqədə 2-ci topu vurublar. İlk oyunda rəqib qapısına yol tapan Namik Ələskərov cavab matçında da adını tabloya yazdırıb. Oyunun sonlarına doğru “Dinamo” hesabı bərabərləşdirsə də, yan xətt hakimi ofsayd qeydə alıb. Görüşün əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə "Neftçi"nin yarımmüdafiəçisi Mamadu Kane topu boş qapıdan çıxarıb.
Beləliklə, evdə əzmkar qələbə qazanan “Neftçi” II təsnifat mərhələsinə yüksəlib. Komandanın növbəti raunddakı rəqibi Yunanıstan “Olimpiakos”u olacaq. İlk oyun iyulun 21-də səfərdə, cavab görüşü isə 1 həftə sonra Bakıda keçiriləcək. “Dinamo” isə mübarizəni Konfrans Liqasında davam etdirəcək.
xxx
22:31
"Neftçi" və Gürcüstanın "Dinamo" (Tbilisi) komandaları arasında UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda 3-cü qol vurulub.
Publika.az xəbər verir ki, 68-ci dəqiqədə "ağ-qaralar"ın heyətində Namik Ələskərov fərqlənib - 2:1.
xxx
22:14
"Neftçi" və Gürcüstanın "Dinamo" (Tbilisi) komandaları arasında UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda hesab bərabərləşib.
Publika.az xəbər verir ki, 58-ci dəqiqədə "ağ-qaralar"ın kapitanı Emin Mahmudov penaltidən fərqlənərək, tarazlığı bərpa edib - 1:1.
xxx
22:07
"Neftçi" və Gürcüstanın "Dinamo" (Tbilisi) komandaları arasında UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda hesab açılıb.
Publika.az xəbər verir ki, 51-ci dəqiqədə Milan Radin Tbilisi təmsilçisini önə keçirib.
xxx
21:12
"Neftçi" və Gürcüstanın "Dinamo" (Tbilisi) komandaları arasında UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunu başlayıb.
Publika.az xəbər verir ki, "Bakcell Arena"da keçirilən qarşılaşma saat 21:00-da start götürüb. Matçı moldovalı FIFA referisi Dumitri Muntean idarə edir.
Qeyd edək ki, Tbilisidəki ilk görüş "Neftçi"nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
-
Müsahibə12:40Xaricdə 14 universitetdən qəbul alan gənc: "Əlçatmaz deyil"
-
Dünya12:00Milyarderlər gizlicə narkotik qəbul edirlər: İndi bunu cəmiyyətə yayırlar
-
Nida Xəbər 11:22Milli Məclisin iclası başladı
-
Dünya11:18Putin şəxsən xahiş edib: Bu mesajı Trampa çatdırın
-
Region11:15Saakaşvili həbsxanada tanınmaz hala düşdü: Yeni imici diqqət çəkdi - FOTO
-
Dünya10:00İranla danışıqlar səhv və fəlakətdir - ABŞ-dan etiraf gəldi
-
Maraq dünyası09:48Uğur qapıları bu 4 bürc üçün açılır
-
Sosial08:24Pensiya ilə bağlı vacib məlumat - 30 min manatı tez almaq üçün…






































