İdman
"Qarabağ"ın sabiq hücumçusu karyerasını bitirdi
"Qarabağ"ın sabiq futbolçusu İnnosent Emeqara karyerasını bitirdiyini açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə Nigeriya əsilli isveçrəli hücumçu feysbuk səhifəsində məlumat paylaşıb.
32 yaşlı forvard qərarını bu cür izah edib: "Uşaq vaxtı futbol mənim üçün hər şey idi. Heç nə düşünmədən hər gün oynayırdım. Amma yeni səhifə açmaq üçün karyeramı başa vurmalıyam. İndi anlayıram ki, bu qərarı vermək üçün daha böyük güc və cəsarət tələb olunur. Mənə karyeramı qurmaq, dünyanı gəzmək və müxtəlif ölkələrdən inanılmaz insanlarla qarşılaşmaq fürsətini yaratdığı üçün Tanrıya minnətdaram".
Qeyd edək ki, İnnosent Emeqara 2014, həmçinin 2018 - 2019-cu illərdə "Qarabağ"ın formasını geyinib. O, Ağdam klubu ilə yanaşı, ölkəsində "Vintentur", "Qrasshopper", Fransada "Loryan", İtaliyada "Siena", "Liverno", ABŞ-da "San-Xose Ertveyks", Türkiyədə "Karagümrük" kimi komandaların da şərəfini qoruyub. Hücumçu İsveçrənin əsas millisində 9 oyun keçirib.
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı














.jpg)





















.jpg)

.jpg)