İdman
Azarkeşlərimizə gözəl hədiyyə edəcəyimizə inanıram - Samir Abasov
Azarkeşlərimizə gözəl hədiyyə edəcəyimizə inanıram. Buna gücümüz çatacaqmı, bu gün bilinəcək. Yaxşı potensialımız var.
Publika.az xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Bakıda Yunanıstanın "Olimpiakos" klubunu qəbul edəcək Bakının "Neftçi" komandasının baş məşqçisi Samir Abasov iyulun 27-də təşkil olunan mətbuat konfransında deyib.
Baş məşqçi bildirib ki, heyətlə bağlı problemlərimiz var. Bu gün taktiki sxemdən danışmaq istəmirəm. Bəzi futbolçular barədə xəbər gözləyirik. Heyətimiz barədə düşünməliyik.
Mütəxəssis "Bakcell Arena"nın ot örtüyü ilə bağlı da danışıb: "Bu işə baxan insanlarla bilavasitə danışdım. Səbəbini soruşdum. Mənə hər şeyi izah etdilər. Elə məqamlar var ki, meydançalar istirahət etməlidir. Bilirsiniz ki, Türkiyə millisi burada məşq edib. Hava şəraiti çox istidir. Ot örtüyünə qulluq etmək çətindir. Durum necə olur-olsun, hər iki komanda üçün şərtlər eyni olacaq".
Qeyd edək ki, "Nefçi" - "Olimpiakos" oyunu iyulun 28-də saat 21:00-da "Bakcell Arena"da start götürəcək. İlk oyun rəqib komandanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
-
Region02:42İran səfirindən Avropaya KRİTİK MESAJ - “Tehranın gücünü qəbul etməlisiniz”
-
Sağlamlıq01:11C vitamini ilə bağlı mif dağıldı - Soyuqdəyməyə qarşı kömək etmir, əksinə..
-
Magazin100:15Könül Kərimovanın qızı boşandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, münasibətinizi daha da gücləndirəcək
-
Magazin229 Avqust 23:36Cem Yılmaz xəstəxanaya yerləşdirildi
-
ABŞ29 Avqust 23:00Tramp CNN telekanalı ilə bağlı elə sözlər dedi ki...
-
MDB29 Avqust 22:24Qadın liftdə uşaq dünyaya gətirdi
-
Sağlamlıq29 Avqust 22:12Mədə şişkinliyinə qarşı bunları edin
























.png)











.jpg)
.jpg)