İdman
UEFA Super Kuboku uğrunda oyunlar başlayır
Bu gün Şimali İrlandiyanın paytaxtı Belfastda UEFA Super Kuboku uğrunda oyun keçiriləcək.
Publika.az xəbər verir ki, İngiltərənin "Çelsi" və İspaniyanın "Vilyarreal" klubları arasında "Uindzor Park" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Qarşılaşmanı rusiyalı FIFA referisi Sergey Karasyov idarə edəcək.
"Zadəganlar" Çempionlar Liqasının, "sarı sualtı qayıq" isə Avropa Liqasının son qalibi kimi Superkubok matçında oynamaq hüququ qazanıb. La Liqa təmsilçisi "Qarabağ"ın da yer aldığı I qrupunu lider kimi tamamlayıb.
Koronavirus pandemiyası səbəbindən stadiona ümumi azarkeş tutumunun 70 faizi qədər - 13 000 tamaşaçı buraxılacaq.
İndiyədək bu titula ən çox İspaniya "Barselona"sı ilə İtaliya "Milan"ı sahib çıxıb. Hər iki komanda 5 dəfə qələbə sevinci yaşayıb. Son 12 Superkubok görüşünün 9-da İspaniya təmsilçiləri qalib gəlib. Bunlar "Barselona" (2009, 2011, 2015), "Atletiko" (2010, 2012, 2018) və "Real Madrid"dir (2014, 2016, 2017). Ümumilikdə isə titula 12 ölkədən 24 fərqli komanda yiyələnib.
UEFA Super Kuboku
23:00. "Çelsi" (İngiltərə) - "Vilyarreal" (İspaniya)
Baş hakim: Sergey Karasyov (Rusiya)
Belfast. "Uindzor Park" stadionu
Qeyd edək ki, UEFA Super Kuboku 1973-cü ildən qitə futbol qurumunun proqramına daxil edilib.
-
İqtisadi gündəm07:15İlon Maskın sərvəti buxarlandı - 650 milyard dollarlıq itki
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var






.png)


















.jpg)
.jpg)





