İdman
Azərbaycan Premyer Liqası: "Qarabağ" "Zirə"yə, son çempion "Qəbələ"yə qarşı
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında ilk tura yekun vurulacaq.
Publika.az xəbər verir ki, son oyun günündə də iki qarşılaşma keçiriləcək.
Günün ilk matçı Zirədə yerli komanda ilə ötən mövsümün gümüş mükafatçısı "Qarabağ" arasında olacaq. Görüş saat 18:00-da start götürəcək. İki kollektiv ölkə çempionatında 23 dəfə üz-üzə gəlib. Bu oyunların 16-sı "köhlən atlar"ın xeyrinə başa çatıb. "Qartallar" isə indiyədək qələbə qazana bilməyib. 7 qarşılaşma heç-heçə başa çatıb. Qolların nisbətində də Ağdam klubunun aşkar üstünlüyü var - 49-11. “Qarabağ” son üç səfər oyununda top buraxmayıb.
Tura son çempion "Neftçi"nin oyunu ilə yekun vurulacaq. "Ağ-qaralar" "Bakcell Arena"da "Qəbələ" ilə münasibətlərinə aydınlıq gətirəcək. Matçın start fiti saat 20:00-da veriləcək. Bu, komandaların Premyer Liqada 52-ci görüşü olacaq. Əvvəlki 51 oyunun 24-də paytaxt klubu, 16-da əyalət təmsilçisi qalib gəlib. 11 oyunda isə bərabərlik qeydə alınıb. Flaqmanın vurduğu 75 qola, "qırmızı-qaralar" 62 topla cavab veriblər. “Qəbələ” son 9 matçda qalib gələ bilməyib. “Neftçi” 16 oyunda meydanı qolsuz tərk etməyib.
Azərbaycan Premyer Liqası
I tur
15 avqust (bazar)
18:00. “Zirə” – “Qarabağ”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Rauf Allahverdiyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: İlham Əliyev
Zirə İdman Kompleksinin stadionu.
20:00. “Neftçi” –“ Qəbələ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Cəmil Quliyev, Əliyar Ağayev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Seymur Səlimli
“Bakcell Arena”.
Qeyd edək ki, turun ilk oyun günündə "Sabah" "Səbail"i, "Keşlə" "Sumqayıt"ı qəbul edib.
-
Region02:42İran səfirindən Avropaya KRİTİK MESAJ - “Tehranın gücünü qəbul etməlisiniz”
-
Sağlamlıq01:11C vitamini ilə bağlı mif dağıldı - Soyuqdəyməyə qarşı kömək etmir, əksinə..
-
Magazin100:15Könül Kərimovanın qızı boşandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, münasibətinizi daha da gücləndirəcək
-
Magazin229 Avqust 23:36Cem Yılmaz xəstəxanaya yerləşdirildi
-
ABŞ29 Avqust 23:00Tramp CNN telekanalı ilə bağlı elə sözlər dedi ki...
-
MDB29 Avqust 22:24Qadın liftdə uşaq dünyaya gətirdi
-
Sağlamlıq29 Avqust 22:12Mədə şişkinliyinə qarşı bunları edin






















.webp)
.png)










.jpg)
.jpg)