İdman
Konfrans Liqası: "Neftçi" son anda qələbəni əldən verdi - YENİLƏNDİ

“Neftçi” UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.
Publika.az xəbər verir ki, “ağ-qaralar” “Bakcell Arena”da İsrailin “Makkabi” (Hayfa) komandası ilə qarşılaşıb. Fransalı FIFA referisi Villi Delajonun idarə etdiyi görüş 3:3 hesabı ilə başa çatıb.
Meydana 5-4-1 taktiki düzülüşü ilə çıxan flaqmanın qapısını Aqil Məmmədov qoruyub. Beşli müdafiənin mərkəzində Mamadu Mboc, Voislav Stankoviç, Mert Çelik, cinahlarında isə Romen Bask və gənc İsmayıl Zülfüqarlı oynayıb. Yarımmüdafiə xəttində Mamadu Kane, Emin Mahmudov, Sabir Buqrin və Yusuf Laval çıxış edib. Hücumun sivri ucunda isə Harramiz Soareş yer alıb.
Əvvəlki oyunlardan fərqli budəfəki matça "Neftçi" azarkeşlərinin marağı elə də çox deyildi. Qarşılaşmanı tribunadan təqribən 2 minə yaxın tamaşaçı izləyib. Görüş qonaqların hücumları ilə başlayıb. Bunun məntiqi nəticəsi kimi 9-cu dəqiqədə hesab açılıb. Hayfa təmsilçisinin heyətində Omer Atsili fərqlənib. “Neftçi” buraxılan qola Yusuf Lavalla cavab verməyə yaxın olsa da, nigeriyalı yarımmüdafiəçinin zərbəsini qarşısını rəqib müdafiəçi kəsib. 25-ci dəqiqədə “Makkabi” futbolçuları fərqi artırmaq üçün yaxşı fürsət yaxalayıblar. Lakin Aqil Məmmədov Tyaron Çerinin qol vurmasına imkan verməyib. 31-ci dəqiqədə görüşün referisi Villi Delajo “Neftçi”nin baş məşqçisi Samir Abasova etiraza görə sarı vərəqə göstərib. Tədricən təşəbbüsü ələ alan “ağ-qaralar” Harramiz Soareşlə “Makkabi”nin qapısı qarşısında təhlükə yaradıblar. Lakin hücumçunun başla zərbəsi istənilən kimi alınmayıb. Bakı klubu fasiləyə minimal hesablı üstünlüklə yollanıb.
İkinci hissəyə daha inamlı start verən “Neftçi” 50-ci dəqiqədə yusuf Lavalın uzaq məsafədən vurduğu baxımlı qolla tarazlığı bərpa edib. Qoldan ruhlanan meydan sahibləri 66-cı dəqiqədə rəqibi növbəti dəfə meydanın mərkəzinə dəvət edib. Laval özünün və komandasının 2-ci qoluna imza atıb. 72-ci dəqiqədə “Neftçi”nin heyətində Emin Mahmudov səhnəyə çıxıb. Kapitan Lavalın sol cinahdan ideal ötürməsini boş qapıya göndərib. 77-ci dəqiqədə flaqman meydanda azlıqda qalıb. İsmayıl Zülfüqarlı ikinci sarı vərəqəni görərək, qovulub. Təyin olunan cərimə zərbəsini dəqiq yerinə yetirən Tyaronn Çeri isə hesab arasında fərqi minimuma endirib. Oyunun sonlarında Aqil Məmmədov 2 dəfə komandasını 100 faizlik qoldan xilas edib. Lakin qonaqlar görüşün əsas vaxtına əlavə olunmuş 6-cı dəqiqəsində hesabı bərabərləşdiriblər. Çeri dubl müəllifi olub.
Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 26-da olacaq.
xxx
22:35
"Neftçi" və İsrailin "Makkabi" (Hayfa) komandaları arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda hesab dəyişib.
Publika.az xəbər verir ki, qonaqlar 78-ci dəqiədə Tyaronn Çerinin qolu ilə fərqi azaldıblar - 2:3.
xxx
22:28
"Neftçi" İsrailin "Makkabi" (Hayfa) komandasına qarşı UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda 3-cü qolu vurub.
Publika.az xəbər verir ki, kapitan Emin Mahmudov 72-ci dəqiqədə hesab arasındakı fərqi 2 topa çatdırıb - 3:1.
xxx
22:24
"Neftçi" İsrailin "Makkabi" (Hayfa) komandasına qarşı UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda 2-ci qolu vurub.
Publika.az xəbər verir ki, "ağ-qaralar"ın heyətində Yusuf Laval dubl edib. O, 66-cı dəqiqədə fərqlənib.
xxx
22:07
"Neftçi" İsrailin "Makkabi" (Hayfa) komandasına qarşı UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda hesabı bərabərləşdirib.
Publika.az xəbər verir ki, Yusuf Laval 50-ci dəqiqədə uzaq məsafədən baxımlı qolla tarazlığı bərpa edib.
xxx
21:24
"Neftçi" və İsrailin "Makkabi" (Hayfa) komandaları arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda hesab açılıb.
Publika.az xəbər verir ki, 9-cu dəqiqədə qonaqların heyətində Omer Atsili fərqlənib.
21:00
xxx
20:00
UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda üz-üzə gələcək "Neftçi" və İsrailin "Makkabi" (Hayfa) klublarının start heyətləri açıqlanıb.
Publika.az xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar:
"Neftçi": 30. Aqil Məmmədov, 3. Mamadu Mboc, 6. Voislav Stankoviç, 8. Emin Mahmudov, 11. Harramiz Soareş, 14. Romen Bask, 20. Mert Çelik, 21. İsmayıl Zülfüqarlı, 24. Yusuf Laval, 29. Sabir Buqrin, 36. Mamadu Kane
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 4. Uqu Baştu, 10. Sezar Meza Kolli, 19. Fəhmin Muradbəyli, 22. Mirabdulla Abbasov, 26. Ömər Buludov, 27. Fərid Yusifli, 37. Vüsal Əsgərov, 70. Asim Əlizadə, 72. Emin Zamanov, 97. Xəyal Nəcəfov
Baş məşqçi: Samir Abasov
"Makkabi": 44. Coşua Koen, 4. Əli Məhəmməd, 5. Boqdan Planiç, 7. Omer Atsili, 10. Tyaronn Çeri, 12. Sun Menahem, 14. Xose Rodriges, 16. Məhəmməd Abu-Fani, 21. Din David, 24. Ori Daan, 25. Yosef-Raz Meyr
Ehtiyat oyunçular: 52. İtamar İsraeli, 77. Royi Fuks, 2. Rayan Streyn, 3. Şon Holdberq, 6. Neta Lavi, 8. Dolev Haziza, 9. Ben Sahar, 15. Ofri Arad, 18. Yuval Aşkenazi, 26. Mahmud Caber, 33. Maor Levi, 55. Rami Gerşon
Baş məşqçi: Barak Baxar
Qeyd edək ki, "Bakcell Arena"da keçiriləcək görüş saat 21:00-da başlayacaq.

-
Dünya02:00
ABŞ ilə Ukrayna gözlənilən sazişi imzaladı
-
Qoroskop01:40
Günün qoroskopu: Macəra ruhu və optimizm sizi irəli aparacaq
-
Elm və təhsil00:35
Bu gündən məktəblərdə yaz tətili başlayır
-
Region30 Aprel 23:55
İrandakı partlayışda ölənlərin sayı 300 nəfərə çatdı
-
Art30 Aprel 22:17
Azərbaycanın Xalq rəssamı vəfat etdi
-
Dünya30 Aprel 19:55
Məşhur ekstrasensdən 2025-ci ilin sonu ilə bağlı QORXUNC PROQNOZ
-
Sosial30 Aprel 18:50
Azərbaycanda ən çox tələb olunan 5 peşə
-
Hadisə30 Aprel 18:30
Şadlıq sarayında 55 nəfərin zəhərlənməsinin səbəbi bilindi