İdman
Azərbaycanda qazanacağı 250 min dollardan imtina etdi
“Neftçi”nin Qana yığmasının hücumçusu Con Antvi Duku ilə apardığı danışıqlar baş tutmayıb.
Sportinfo.az-ın məlumatına görə, o, Azərbaycandan aldığı dəvəti geri çevirib.
Bakı təmsilçisi 29 yaşlı forvarda 2 illik müqavilə təklif göndərmişdi.
Futbol həyatına yerli «Drims»də atılan Duku hazırda karyerasını Misirdə davam etdirir. O, 2019-cu ildən bəri «Piramids»in formasınıı geyinir.
Adıçəkilən hücumçu 2017-ci ildən dəvət aldığı ölkəsinin əsas millisində 2 oyuna çıxıb. O, çağırışı müsbət qarşılasaydı, hər mövsüm 250 min dollar qazanacaqdı.
Təkliflər paketində əlavə bonuslar da nəzərdə tutulmuşdu: komandanını qazanacağı hansı nəticələrə görə onun nə qədər mükafat alacağı bənd-bənd qeyd olunub.
Fəqət, Duku Avropanın tanınmış çempionatlarının birində çıxış etmək istədiyindən, “Neftçi”nin sərfəli təklifinə “yox” deyib.
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı














.jpg)





















.jpg)

.jpg)