İdman
Cüneyt Çakır cəzalandırıldı
UEFA türkiyəli FIFA referisi Cüneyt Çakır və köməkçisi Abdulkadir Bitigeni cəzalandırıb.
Publika.az xəbər verir, səbəb onların İtaliyada "Milan" və İspaniyanın "Atletiko" (Madrid) komandaları arasında keçirilmiş UEFA Çempionlar Liqasının qrup oyununda səhvə yol vermələridir.
Avropa futbol qurumu hər iki hakimi qitənin bir nömrəli klub turnirindən kənarlaşdırmağı qərara alıb. Daha əvvəl Milan təmsilçisinin baş məşqçisi Stefano Pioli Çakırın idarəçiliyini tənqid edib.
Qeyd edək ki, Cüneyt Çakır "Atletiko"nun 2:1 hesablı qələbəsi ilə başa çatan matçın 29-cu dəqiqəsində "Milan"ın futbolçusu Frank Kessini meydandan qovub. Görüşün sonlarında isə o, meydan sahiblərinin qapısına penalti təyin edib. Abdulkadir Bitigen həmin qarşılaşamada VAR hakimi olub.
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı














.jpg)





















.jpg)

.jpg)