İdman
"Qəbələ" "Sumqayıt"ı məğlub etdi
Futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura yekun vurulub.
Publika.az xəbər verir ki, turun son oyununda "Qəbələ" "Sumqayıt"ı qəbul edib. Qəbələ şəhər stadionundakı qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Görüşdə hər 3 qol ikinci hissədə vurulub. 65-ci dəqiqədə Ülvi İsgəndərov "qırmızı-qaralar"ı önə keçirib. Cəmi 2 dəqiqə sonra Rafael Utziq qonaqları növbəti dəfə cəzalandırıb. 80-ci dəqiqədə "gənclik şəhəri" təmsilçisinin müdafiəçisi Höccət Haqverdi buraxılan qollardan birinin əvəzini çıxıb. Lakin bundan 4 dəqiqə sonra "Sumqayıt" azlıqda qalıb. Komandanın kapitanı Vurğun Hüseynov rəqibin hücumunun qarşısını kobudluqla aldığı üçün birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.
Beləliklə, "Qəbələ" bu qalibiyyət sayəsində xallarını 21-ə çatdıraraq 2-ci pilləyə yüksəlib. 11 xalı olan "Sumqayıt" isə 6-cı sırada qalıb.
Qeyd edək ki, turun əvvəlki 3 oyununda "Qarabağ" "Keşlə"yə 1:0, "Zirə" "Səbail"ə 3:1, "Sabah" isə "Neftçi"yə 2:1 hesabı ilə qalib gəlib.
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO


































