İdman
"Qəbələ" yarımfinalda "Qarabağ"a rəqib oldu
Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha bir cavab görüşü keçirilib.
Publika.az xəbər verir ki, "Qəbələ" evdə "Sumqayıt"la qarşılaşıb. Oyun 1:1 hesabı ilə yekunlaşıb.
Matçda ilk qolu meydan sahibləri vurublar. 18-ci dəqiqədə İsnik Alimi adını tabloya yazdırıb. Qonaqların bərabərlik qoluna isə yeni transfer Araz Abdullayev imza atıb. 82-ci dəqiqədə penaltidən fərqlənən 30 yaşlı yarımmüdafiəçi Azərbaycana qayıdışını qolla qeyd edib.
İlk oyunda 1:0 hesablı qələbə qazanmış "Qəbələ" doğma meydandakı heç-heçədən sonra yarımfinala adlayıb. "Qırmızı-qaralar"ın bu raunddakı rəqibi "Qarabağ" olacaq.
Qeyd edək ki, 1/4 finalın son matçında "Zirə" "Səbail"in qonağı olacaq. "Qartallar" ilk matçda rəqibini 4:0 hesabı ilə darmadağın edib. Cütün qalibi yarımfinalda "Neftçi"yə rəqib olacaq.
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi



































