İdman
"Qəbələ" və "Zirə" Konfrans Liqasında
Ölkəmizi avrokuboklarda təmsil edəcək bütün klublar müəyyənləşib.
Publika.az xəbər verir ki, bu, 27-ci turun bu gün keçirilən oyunlarından sonra dəqiqləşib.
"Sabah"ın "Sumqayıt"la 2:2 hesablı heç-heçə etməsi "Zirə" və "Qəbələ" Konfrans Liqasına vəsiqəni təmin edib.
27-ci turda "Neftçi"yə 1:0 hesabı ilə qalib gələn "Zirə" hazırda 46 xalla 3-cü, "Şamaxı"nı 1:0 hesabı ilə məğlub edən "Qəbələ" 44 xalla 4-cü pillədə qərarlaşıb. Komandalar yarışın bitməsinə bir tur qalmış ən yaxın izləyicisi "Sabah" (40 xal) üçün əlçatmaz olublar. Son turda 3-cü yerin sahibi dəqiqləşəcək.
Qeyd edək ki, bundan əvvəl çempion "Qarabağ"ın Çempionlar Liqasında, 2-ci "Neftçi"nin Konfrans Liqasında iştirak edəcəyi dəqiqləşmişdi.
Əlavə edək ki, son turda "Zirə" "Şamaxı" ilə, "Qəbələ" isə "Sabah"la qarşılaşacaq.
-
ABŞ23:00Tramp CNN telekanalı ilə bağlı elə sözlər dedi ki...
-
MDB22:24Qadın liftdə uşaq dünyaya gətirdi
-
Sağlamlıq22:12Mədə şişkinliyinə qarşı bunları edin
-
İnanc21:12Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
-
Sosial20:12İdarə rəisi işdən çıxarıldı
-
Magazin219:48Məşhur müğənni aparıcını yerə yıxıb təpiklədi - VİDEO
-
Sosial19:36Xocalının Ballıca kəndində toy: Doğma yurdda yeni həyat başlayır - FOTO
-
Dünya19:00Daşqın qurbanlarının sayı 700-ə yaxınlaşdı - 2500 nəfər itkindir(YENİLƏNDİ)
























.webp)
.png)








.jpg)
.jpg)