İdman
Hələ ki, qol vura bilməmişik - Canni De Byazi
"Slovakiya bizdən keyfiyyətcə, həm də təcrübə sarıdan üstün olsa da, onlara qarşı da yaxşı çıxış etdik".
Publika.azxəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Bakıda Belarus yığmasına qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının qrup mərhələsinin IV tur oyunundan əvvəl mətbuat konfransında deyib.
Məşqçi Millətlər Liqasına yaxşı başlamadıqlarını qeyd edib:
"Amma üç oyunda da yaxşı oynamışıq. Slovakiya bizdən keyfiyyətcə, həm də təcrübə sarıdan üstün olsa da, onlara qarşı da yaxşı çıxış etdik. Ən azından bir xal ala bilərdik. Amma bəxtsizlik oldu. Əminəm ki, bundan daha yaxşısına nail ola bilərdik. Belarusla görüşdən sonra Qazaxıstanla oyunumuz olacaq. Son oyunda da Slovakiyaya qarşı sona qədər mübarizə aparacağıq. Çalışacağıq ki, qrupda maksimum xal toplayaq. Çoxlu imkanlarımız olur. Amma hələ ki, qol vura bilməmişik. Təbii ki, qol vurmursansa, oyunu udmaq çətindir. Qazaxıstanla görüşdə imkanlarımız var idi, amma iki qol buraxdıq və uduzduq. Sabahkı Belarusla oyuna yaxşı hazırlaşmışıq. 11 günə 4-cü matçımıza çıxacağıq. Rəqiblərimiz də vəziyyət belədir. Sabahkı oyunda var gücümüzü qoyacağıq ki, qalib gələk".
-
Qoroskop00:45Günün ulduz falı: qarşınıza yeni hədəflər qoyacaqsınız
-
Magazin221 Sentyabr 20:24"Ömər baba"dan gündəm yaradacaq açıqlamalar
-
Hadisə21 Sentyabr 18:50Nərimanovda çoxmərtəbəli binada yanğın oldu - Yeniləndi
-
Elm və təhsil21 Sentyabr 18:10Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
-
Dünya21 Sentyabr 15:58Ərdoğan Qərbdə oyunu dəyişir: Yunanıstan danışıqlardan kənarda qaldı
-
Nida Xəbər 21 Sentyabr 15:49Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
-
Dünya21 Sentyabr 14:45Ərdoğan ABŞ-da o uşağı gördü, yanına çağırdı, qızıl sikkə verdi - VİDEO
-
Qoroskop21 Sentyabr 12:54Bu 3 bürc üçün şanslı günlər başladı







.jpg)



























