İdman
“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istədi
“Neftçi”nin baş məşqçisi Laurentsiu Reghekampf Konfrans Liqasının ikinci mərhələsinin ilk matçında “Aris”ə 0:2 hesablı məğlubiyyətdən danışıb.
Publika.az xəbər verir ki, o, oyundan sonrakı mətbuat konfransında əvvəlcə matç barədə fikirlərini bildirib:
- Oyunun ikinci hissəsinin başlanğıcından narazı qaldım. İkinci hissədə komanda reaksiya vermirdi. Birinci hissədə də onlar çox yaxın idi qol vurmağa. Bizim də şansımız var idi. Oyundan sonra analiz etmək çətindir. Artıq oyundan sonra futbolçularla danışmışam. Müdafiədə daha yaxşı oynamalıyıq. Bunu klub üçün də, özümüz üçün də etməliyik. Oyunçulara bildirdim ki, Bakıda mərhələ adlamalıyıq. “Aris”i təbrik edirəm. Amma ikinci oyunumuz var və azarkeşlərimizlə birlikdə geri dönüş edə bilərik.
- Qəribə budur ki, komanda fiziki cəhətdən demək olar ki, meydanda yox idi…
- Fiziki cəhətdən danışmalı deyilik. Çünki ikinci hissənin əvvəli idi və futbolçuların belə problemi olmamalıdır. Məncə, oyuna köklənməkdən və soyunub-geyinmə otağından meydana necə getməkdən asılıdır.
- Nəyin hesabına “Aris”i keçəcəksiz? Biz bu gün onu görmədik…
- İkinci matç daha fərqli olacaq. Evdə çıxış edəcəyik və daha aqressiv olmağa çalışacağıq. Eyni zamanda da qol vurmağa cəhd edəcəyik. Şanslarımızdan yararlanmağa çalışacağıq.
- Qısa müddətdə nəyi dəyişəcəksiz? Futbolçular daha çox çalışmalıdır, daha çox can qoymalıdır. “Neftçi” tarixi klubdur.
- Bu normaldır, çünki komanda uduzub. Biz futbolçularla daha xüsusi hazırlıq keçəcəyik. Çalışacağıq ki, dönüş yaradaq. Bilirəm ki, fanatlar nəticədən narazıdır və onları başa düşürəm, haqlıdırlar. Komandama görə fanatların qarşısında üzr istəyirəm. Eyni zamanda da onlara ehtiyacımız var.
- “Aris”in çıxışı sizi təəccübləndirdi?
- Mən sadəcə öz komandam haqqında danışa bilərəm. Matçı analiz edib ikinci oyuna hazır olacağıq.
- Rəqibinizə yuxarıdan aşağı baxmırdınız?
- Yox. Məni səhv başa düşməyin. Onları təbrik edirəm. Amma bizim daha bir oyunumuz var. Futbolda bundan böyük hesablardan sonra geridönüş olub. Hər şey mümkündür. Birinci hissəyə nəzər yetirsək, ilk qolu vursaydıq, nələrin olacağını bilmək olmazdı. Şansımız var və buna inanıram.
("Qafqazinfo")
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO



































