İdman
“Neftçi”, “Qəbələ” və “Zirə” cavab matçına çıxır
Bu gün UEFA Konfrans Liqasında II təsnifat mərhələsinə yekun vurulacaq.
Publika.az xəbər verir ki, Azərbaycan təmsilçiləri - "Neftçi", "Qəbələ" və "Zirə" də cavab oyunlarını keçirəcək.
Əvvəlcə Qəbələnin eyniadlı təmsilçisi evdə Macarıstan "Fehervar"ını qəbul edəcək. Saat 20:00-da başlayacaq matçı avstriyalı FIFA referisi Kristofer Yager idarə edəcək. "Qırmızı-qaralar" ilk görüşdə 1:4 hesabı ilə uduzub.
"Neftçi" "Bakcell Arena"da Kipr "Aris"ini sınağa çəkəcək. Saat 21:00-da start götürəcək qarşılaşmanın baş hakimi almaniyalı Bastian Dankert olacaq. "Ağ-qaralar" Larnakadakı ilk matçda məğlub olub - 0:2.
"Zirə" isə İsraildə "Makkabi" (Təl-Əviv) komandasının qonağı olacaq. "Blumfild" stadionundakı oyun Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. Matçda ədaləti xorvatiyalı FIFA referisi Mario Zebets qoruyacaq. "Qartallar" Bakıdakı ilk görüşdə 0:3 hesabı ilə uduzub.
UEFA Konfrans Liqası
II təsnifat mərhələsi, cavab oyunları
20:00. "Qəbələ" (Azərbaycan) - "Fehervar" (Macarıstan)
Hakimlər: Kristofer Yager, Robert Ştaynaxer, Santino Şrayner, Markus Hameter (Avstriya)
Qəbələ şəhər stadionu
İlk oyun - 1:4
21:00. "Neftçi" (Azərbaycan) - "Aris" (Kipr)
Hakimlər: Bastian Dankert, Yan Zaydel, Eduard Baytinger, Sven Yablonski (Almaniya)
Bakı, "Bakcell Arena"
İlk oyun - 0:2
21:30. "Makkabi" (Təl-Əviv, İsrail) - "Zirə" (Azərbaycan)
Hakimlər: Mario Zebets, Xrvoe Radiç, Luka Puşiç, Ante Çulyak (Xorvatiya)
Təl-Əviv, "Blumfild" stadionu
İlk oyun - 3:0
-
ABŞ23:00Tramp CNN telekanalı ilə bağlı elə sözlər dedi ki...
-
MDB22:24Qadın liftdə uşaq dünyaya gətirdi
-
Sağlamlıq22:12Mədə şişkinliyinə qarşı bunları edin
-
İnanc21:12Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
-
Sosial20:12İdarə rəisi işdən çıxarıldı
-
Magazin219:48Məşhur müğənni aparıcını yerə yıxıb təpiklədi - VİDEO
-
Sosial19:36Xocalının Ballıca kəndində toy: Doğma yurdda yeni həyat başlayır - FOTO
-
Dünya19:00Daşqın qurbanlarının sayı 700-ə yaxınlaşdı - 2500 nəfər itkindir(YENİLƏNDİ)
























.webp)
.png)








.jpg)
.jpg)