İdman
Azərbaycan Premyer Liqası: V tura yekun vuruldu
Futbol üzrə Azərbaycan Premyer Liqasında V tura yekun vurulub.
Publika.az xəbər verir ki, turun son matçında "Zirə" "Qəbələ"ni qəbul edib. "Dalğa Arena"dakı qarşılaşma nominal meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Hesabı 35-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən qonaqların yarımmüdafiəçisi İsnik Alimi açıb. 10 dəqiqə sonra "qartallar"dan Rəhim Sadıxov tarazlığı bərpa edib. Matçda son nöqtəni də Azərbaycan millisinin üzvü qoyub. 74-cü dəqiqədə fərqlənən yarımmüdafiəçi yekun hesabı müəyyənləşdirib.
3 oyunluq qələbə həsrətinə son qoyan "Zirə" xallarını 7-yə çatdıraraq, 6-cı pilləyə yüksəlib. Ardıcıl 2-ci məğlubiyyətini alan "Qəbələ" isə 9 xalla 4-cü sırada qərarlaşıb.
Qeyd edək ki, V turun əvvəlki oyunlarında "Qarabağ" "Kəpəz"ə, "Turan Tovuz" "Şamaxı"ya 1:0, "Neftçi" "Sumqayıt"a 3:0 hesabı ilə qalib gəlib. "Sabah" - "Səbail" görüşü isə qolsuz heç-heçə ilə başa çatıb.
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi



































