İdman
Azərbaycan Premyer Liqasında VIII tura start verilir
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VIII tura start veriləcək.
Publika.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək. "Qəbələ" Bakıda "Səbail"in qonağı olacaq. "ASCO Arena"dakı görüş saat 19:00-da başlayacaq.
Hazırda əyalət təmsilçisi 12 xalla 4-cü, paytaxt klubu isə 5 xalla 7-ci pillədə qərarlaşıb. İki komanda indiyədək ölkə çempionatında 19 dəfə üz-üzə gəlib. Bunların 5-də "dənizçilər", 9-da "qırmızı-qaralar" qələbə qazanıb. 5 qarşılaşma heç-heçə ilə başa çatıb. Topların nisbəti də Elmar Baxşıyevin baş məşqçi olduğu kollektivin xeyrinədir - 33:19.
Son 5 oyunda qol vuran komanda qalib gəlib. Ötən mövsümün 4 matçının hər birində ən azı iki qol qeydə alınıb.
Azərbaycan Premyer Liqası
VIII tur
30 sentyabr (cümə)
19:00. "Səbail" - "Qəbələ"
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kamran Bayramov, Cavid Cəlilov
VAR: Rəşad Əhmədov
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: Feyzulla Feyzullayev
“ASCO Arena”.
Qeyd edək ki, turun "Turan Tovuz" - "Zirə", "Qarabağ" - "Neftçi" oyunları oktyabrın 1-də, "Şamaxı" - "Sabah" və "Sumqayıt" - "Kəpəz" matçları isə bir gün sonra keçiriləcək.
-
Dünya14:45Ərdoğan ABŞ-da o uşağı gördü, yanına çağırdı, qızıl sikkə verdi - FOTO
-
Qoroskop12:54Bu 3 bürc üçün şanslı günlər başladı
-
Nəqliyyat11:30Bu avtobuslar daha "Şamaxı yolu"nda dayanmayacaq
-
Nida Xəbər 10:30Zakir Həsənov Hərbi Polisin ön əməliyyat bazasında - VİDEO/FOTO
-
Hadisə09:48İş adamının nəvəsi qonşusunu güllələdi
-
Nida Xəbər 09:06Ramiz Mehdiyevin məhkəməsi başlayır
-
Nəqliyyat08:36Paytaxta giriş-çıxış müşkülə çevrildi - SİYAHI
-
Hadisə08:12Bakıda 10 otaqlı yaşayış evində yanğın baş verdi - VİDEO













.jpg)


.jpg)


















.jpg)


