İdman
“Onun zədələnməsi planları pozdu” - Qurban Qurbanov
"Komandamdan razı qaldım. Çox əziyyət çəkdik. Gərginlik də var idi. Çünki azarkeşlərimiz bizdən qalibiyyət gözləyirdi. Belədə səhvlər də çox olur".
Publika.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Yunanıstan "Olimpiakos"u ilə qolsuz heç-heçə etdikləri UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.
50 yaşlı mütəxəssis bildirib ki, rəqib bu gün daha aktiv idi: "Daha hazırlıqlı oyunçuları meydana buraxmışdılar. Mobil komanda təsiri bağışladı. Görüşə onlar da yaxşı hazırlaşmışdılar".
Onun sözlərinə görə, Kadi Borgesin zədələnməsi planları pozub: "Onu sonadək meydanda saxlamaq istəyirdik. İlk hissədən sonra ayağında ağrı var idi. Dedi ki, dözüb oynayaram. Amma alınmadı. Onun yerinə meydana çıxan Filip Ozobiç də özünü yaxşı tərəfdən göstərdi".
Qurbanov pley-offa çıxmaq şanslarını da dəyərləndirib: "Sonluq yaxınlaşdıqca, gərginlik artır. Rəqiblər öz işlərinə ciddi yanaşır. "Nant"ın şansı varsa, bizimlə oyuna ciddi hazırlaşacaq. Önəmli qarşılaşma olacaq. Soyuqqanlı olmalıyıq. Xeyli vaxtımız var. Futbolçularım həddindən artıq yorğun idi. Düşünürəm ki, o vaxtadək idman formalarını qaytara biləcəklər".
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır





































