İdman
Avropa Liqası: "Qarabağ"ın pley-offdakı potensial rəqibləri müəyyənləşdi
"Qarabağ"ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki bütün potensial rəqibləri bəlli olub.
Publika.az xəbər verir ki, "köhlən atlar"ın 1/16 finalda qarşılaşa biləcəyi mümkün komandaların adlarına Çempionlar Liqasında qrup mərhələsinin VI turunun oyunlarından sonra aydınlıq gəlib.
Ağdam təmsilçisi G qrupunda 2-ci pilləni tutacağı halda, pley-offda aşağıdakı kollektivlərdən biri ilə üz-üzə gələcək:
"Ayaks" (Niderland), "Bayer" (Almaniya), "Barselona", "Sevilya" (hər ikisi İspaniya), "Sportinq" (Portuqaliya), "Zaltsburq" (Avstriya), "Şaxtyor" Donetsk (Ukrayna), "Yuventus" (İtaliya).
Qeyd edək ki, "Qarabağ" G qrupunun sonuncu - VI turunda Bakıda Almaniya "Frayburq"unu qəbul edəcək. Hazırda 7 xalla 2-ci pillədə yer alan Ağdam təmsilçisi rəqibinə qalib gələcəyi halda, Yunanıstanda "Olimpiakos" və Fransa "Nant"ı arasında keçiriləcək digər görüşün nəticəsindən asılı olmayaraq, adını pley-offa yazdıracaq.
Avropa Liqasında 1/16 finalın püşkü noyabrın 7-də atılacaq.
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi



































