İdman
Komandamın oyunundan razı qaldım - Canni De Byazi
Hər iki komanda son üç oyunda ardıcıl qələbə qazanmışdı. Yaxşı formada olan komandaya qarşı oynadıq. Diqqətli olmalıydıq. Bu gün yeni müdəfiə xətti ilə oynayırdıq. Mərkəzdə çıxış edən Bəxtiyar Həsənalızadə və Anton Krivotsyuk çox yaxşı oyun keçirdilər.
Publika.az xəbər verir ki, bunu beynəlxalq yoldaşlıq oyunları çərçivəsində futbol üzrə Moldova millisinin qonağı olan Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazi matçdan sonra mətbuat konfransında deyib.
Mütəxəssis bildirib ki, ilk hissədə əla futbol oynadıq, bir çox qol imkanları yaratdıq. Artıq ikinci hissənin son 10 dəqiqəsində oyunu xeyrimizə bitirə bilərdik. Komandanın oyunundan razı qaldım. Doxsan dəqiqə ərzində mübarizəni dayandırmadıq. Yeganə narahatlığım son dəqiqələrdə qol buraxmağımız oldu. Hərçənd buraxdığımız qolda situasiyanı daha yaxşı idarə edə bilərdik. Qapıçımız çox yaxşı oyun keçirdi. Futbolçularım çox istəkli idilər. Belə davam etməliyik.
“Növbəti oyunda Şimali Makedoniya milli komandası ilə qarşılaşacağıq. Çox çətin rəqibdir, yaxşı futbolçuları var. Albaniya millisində çalışarkən onlara qarşılaşmışıq. Komandanı çox yaxşı tanıyıram. Uğurlu nəticə əldə etmək üçün daha yaxşı oyun keçirməliyik”, - deyə italiyalı baş məşqçi əlavə edib.
Qeyd edək ki, Moldova – Azərbaycan oyunu millimizin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat


















.jpg)



















