İdman
Millimizin baş məşqçisi Albaniya yığmasına keçir?
Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Albaniya yığmasının sükanı arxasına əsas namizədlərdən biridir.
Publika.az "Report"a istinadla xəbər verir ki, italiyalı mütəxəssis bu vəzifədə həmyerlisi Eduardo Reyanı əvəzləyə bilər.
Albaniya Futbol Federasiyası 77 yaşlı baş məşqçi ilə başa çatan müqaviləni yeniləməyəcək. De Byazi ilə yanaşı, Dino Baccio və Esteban Kambyasso da yığmaya rəhbərlik etməyə namizədlərdən hesab olunur.
Yeni baş məşqçinin adına dekabrın ortalarında aydınlıq gələcək.
Qeyd edək ki, Canni De Byazinin AFFA ilə 2024-cü il Avropa çempionatının seçmə mərhələsinin sonunadək müqaviləsi var. 2011 - 2017-ci illərdə də Albaniya yığmasına başçılıq edən 66 yaşlı mütəxəssis komandanı Avro-2016-nın final mərhələsinə çıxarıb.
-
Ekopublika.az07:352027-ci ildə dünyanı yeni böhran gözləyir - Həyəcan təbili çalındı
-
Avto05:45İkinci əl avtomobil alarkən diqqət edilməli gizli detal
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region27 Noyabr 19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal27 Noyabr 18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 27 Noyabr 15:20Əli Əsədov qərar imzaladı






.webp)






.jpg)


.jpg)

















