İdman
Qurban Qurbanov: ""Qarabağ"ı asanlıqla tərk etmək fikrim yoxdur" - MÜSAHİBƏ
"İlin məşqçisi" seçilən Qurban Qurbanov mükafatlandırma mərasimindən sonra jurnalistlərin suallarını cavablandırıb.
Publika.az 50 yaşlı mütəxəssisin müsahibəsini təqdim edir:
"İlin məşqçisi sevilmək mənim üçün çox xoş oldu. Verdikləri dəyərə görə hər kəsə təşəkkür edirəm. Tədbir ildən-ilə daha maraqlı keçir", - baş məşqçi suallardan öncə təəssüratını bölüşüb.
- 2022-ci ildə təəssüfləndiyiniz an hansı oldu?
- İndi deneyim bir qədər düzgün çıxmaz. Sonradan fikir bildirmirəm. Təəssüfləndiyim an həmin dəqiqədə, saniyədə olur. Bu gün əldə etdiklərimizə görə şükür edirəm. Bəlkə də düşünə bilərik ki, daha böyük turnirlərdə iştirak edə bilərdik. Amma hər bir halda futbolçularımdan razı qaldım.
- "Qarabağ" azarkeşlərinə nə vəd verə bilərsiz?
- Mənim onlara heç bir vəd verməyimə ehtiyac yoxdur. Çünki, biz bir-birimizə inanırıq, güvənirik. Mən onların öz komandalarına necə sadiq olduqlarını bilirəm, onlar da mənim necə sadiq olduğumu bilirlər. Nə qədər ki, "Qarabağ"dayam, məsuliyyətlə, istəklə, sevgi ilə komanda üçün bütün gücümü sərf edəcəyəm.
- Sizi hansısa əcnəbi klubun baş məşqçisi kimi görmək ehtimalı var?
- Hazırda yoxdur. Çox istərdim ki, "Qarabağ"a sadiq olum. Mənim daha məsuliyyətli olmağım bu kluba gəlməyimin sayəsində olub. Ona görə də buranı asanlıqla tərk etmək fikrində deyiləm. Həyatdır, qarşıda hər şey ola bilər. Əgər nə vaxtsa böyük bir klubda getsəm, "Qarabağ"ı daha üstün tatacağam.
- Əgər bir baş məşqçi 17 oyunda 11 qol vuran futbolçunu (Musa Qurbanlı) start heyətdə oynatmırsa, siz həmin məşqçiyə nə deyərdiz?
- Həmin baş məşqçinin öz oğlu olsaydım, heç nə deməzdim (gülür).
- "Qarabağ"ın prezidenti Tahir Gözəl Konfrans Liqasının qalibi olmağı istəyir. Siz bu barədə nə deyə bilərsiz?
- İstəyir dedikdə məncə, arzu edir. Bu, hamımızın arzusudur, istəyidir. Bəzən hər istədiyimizi əldə edə bilmirik. Bu, Tahir Gözəlin komandaya inamından irəli gəlir. Biz də çox istəyirik ki, daha da irəli gedək. Ölkədə futbolun inkişafı üçün böyük titulların çox köməyi olacaq. Buna çalışacağıq.
Heybət Məmmədov
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır





































