İdman
Samir Abasov "Barselona"nın düşərgəsinə niyə gedib?
"Sumqayıt"ın baş məşqçisi Samir Abasov İspaniyada təcrübədədir.
Publika.az xəbər verir ki, bir neçə gün öncə Madridə yollanan Samir Abasov əvvəlcə "Real" və "Barselona" komandaları arasındakı "El-Klasiko"nu izləyib.
Növbəti gün Barselonaya yola düşən 46 yaşlı mütəxəssis burada bir həftəlik təcrübə keçəcək. "Barselona"nın məşqlərini izləyən çalışdırıcı Kataloniya təmsilçisinin məşqçisi Oskar Hernandez və bir sıra digər yerli mütəxəssislərlə bir araya gəlib, fikir mübadiləsi aparıb.
Təcrübə proqramının sonunda onun "Barselona"nın baş məşqçisi Xavi Hernandezlə də görüşü nəzərdə tutulub.
Qeyd edək ki, bu səfərdə Samir Abasovu "Sumqayıt"ın fiziki hazırlıq üzrə məşqçisi Xerard Martinez müşayiət edir.
Heybət






-
Magazin106:16Oğlu Zaura ŞƏRT QOYDU: "Səhnəni tərk edəcəyəm" - VİDEO
-
Hadisə05:45Bakıda avtobus bir neçə maşını əzib obyektə çırpıldı - VİDEO
-
Magazin103:43Toya gecikən Afət görün məclisə hansı geyimdə gəldi - VİDEO
-
ABŞ02:12ABŞ TƏŞVİŞ İÇİNDƏ - Sərnişin təyyarəsi hədəfə alındı, hava limanı bağlandı
-
İdman00:30“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz bir dərinliklə qarşılaşacaqsınız
-
Nida Xəbər 4 Noyabr 23:24Sabiq nazir Koçaryanla bağlı faktları AÇIQLADI: "Xüsusi hazırlıq keçmiş agent olub" - VİDEOİ
-
MDB4 Noyabr 23:00Məşhur teleaparıcı 77 yaşında vəfat etdi - FOTO



































