İdman
Təcavüzkar həkimin qurbanlarına təzminat ödəniləcək: Fantastik məbləğdə
ABŞ Ədliyyə Nazirliyi gimnastika milli komandasının və Miçiqan Dövlət Universitetinin keçmiş həkimi Larri Nassarın təcavüz etdiyi qurbanlara təzminat ödəyəcəyini açıqlayıb.
Publika.az xəbər verir ki, nazirlik bəyanat yayaraq Nassarın əməllərindən əziyyət çəkən şəxslərə 138,7 milyon dollar ödəyəcəyini açıqlayıb. Qurum bu razılaşma ilə cinsi istismar cinayətlərinə görə 300 ildən çox müddətə azadlıqdan məhrum edilən məşqçinin 10 ildən artıq müddətdə törətdiyu cinayət işini bağlayıb.
Ədliyyə Nazirliyinin qərar verdiyi rəqəmlərlə Nassarın təcavüz etdiyi qurbanlara ödəniləcək məbləğ 1 milyard dolları keçib. Daha əvvəl Miçiqan Dövlət Universite (500 milyon dollar) və ABŞ Gimnastika Federasiyası (380 milyon dollar) ümumilikdə 880 milyon dollar təzminat ödəməyə razılıq verib.
Qeyd edək ki, ABŞ gimnastika komandasının həkimi Larri Nasara qarşı cinsi zorakılıq şikayətləri ilk dəfə 2015-ci ildə başlayıb. Federal Təhqiqat Bürosunun (FTB) araşdırmalara başlaması aylar çəkib. Yüzlərlə qadına təcavüz edən həkim yalnız 2016-cı ilin noyabrında həbs olunub. Nassar 2018-ci ildə əməllərinə görə 300 ildən çox müddətə həbs cəzasına məhkum edilib.
Heybət
-
Magazin106:16Oğlu Zaura ŞƏRT QOYDU: "Səhnəni tərk edəcəyəm" - VİDEO
-
Hadisə05:45Bakıda avtobus bir neçə maşını əzib obyektə çırpıldı - VİDEO
-
Magazin103:43Toya gecikən Afət görün məclisə hansı geyimdə gəldi - VİDEO
-
ABŞ02:12ABŞ TƏŞVİŞ İÇİNDƏ - Sərnişin təyyarəsi hədəfə alındı, hava limanı bağlandı
-
İdman00:30“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz bir dərinliklə qarşılaşacaqsınız
-
Nida Xəbər 4 Noyabr 23:24Sabiq nazir Koçaryanla bağlı faktları AÇIQLADI: "Xüsusi hazırlıq keçmiş agent olub" - VİDEOİ
-
MDB4 Noyabr 23:00Məşhur teleaparıcı 77 yaşında vəfat etdi - FOTO



































