İdman
Əfsanə Avro-2024-də belə yad ediləcək
Almaniyada keçiriləcək Avropa çempionatının təşkilatçıları 2024-cü ilin yanvarında vəfat etmiş əfsanəvi alman futbolçu Frans Bekkenbauerin xatirəsini yad edəcəklər.
Publika.az xəbər verir ki, mərasim Münhendə ev sahibləri ilə Şotlandiya arasında keçiriləcək açılış oyunundan öncə baş tutacaq. Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Start fitindən əvvəl Almaniya millisini qitə çempionatında çempion edən komandaların kapitanları - Yurgen Klinsmann və Bernard Dits meydana çıxaracaq. Avro-1972-də millinin kapitanı olmuş Bekkenbaueri xanımı Haydi əvəz edəcək.
Qeyd edək ki, Frans Bekkenbauer 78 yaşında vəfat edib. O, Almaniya millisinin heyətində futbolçu kimi Avropa və Dünya Çempionatının qalibi olub. 1990-cı ildə isə baş məşqçi kimi milli komandanı dünya çempionatında qələbəyə aparıb.
Heybət
-
Sosial15:24Boşanma əxlaqsızlıq adlandırıldı: “MTV”yə xəbərdarlıq edildi
-
İdman14:50DÇ-2026-ya ev sahibliyi edəcək ölkədə ŞOK: Stadionda meyitlər tapıldı
-
Dünya14:43400 min döyüşçüdən Türkiyəyə gözlənilməz dəstək - Sayılı günlər qaldı
-
İdman13:52Ömər bu gözəllə nişanlandı: Dostunun əmisi qızıdır - FOTOLAR
-
ABŞ13:40Baydendən amerikalılara açıq çağırış: Liderlik əldən gedir, Rusiya və Çin...
-
Dünya11:52Lukaşenkodan qorxunc proqnoz: Qarşısını almasaq...
-
Sosial10:18Elçibəylə bağlı sirr üzə çıxdı: Sən demə...
-
Maraq dünyası09:18İnsanlar qocalmayacaq, ömür xeyli uzanacaq: Alimlər yolunu tapdılar










.png)


























