Prezidentliyə namizəd vəd verdi: Messini qaytarmaq üçün...
Bizi izləyin

İdman

Prezidentliyə namizəd vəd verdi: Messini qaytarmaq üçün...

“Barselona”nın prezidentliyinə namizəd Mark Siryia Lionel Messini yenidən kluba qaytarmaq üçün əlindən gələni edəcəyini bildirib.

Publika.az xəbər verir ki, Siryia seçki platforması olan “Moviment 42”nin rəsmi təqdimatını Barselonada yerləşən Sala Bikini zalında keçirib. Tədbirdə təxminən 700 nəfər iştirak edib. Klubda prezident seçkiləri gələn il baş tutacaq. Hazırkı prezident Joan Laporta növbəti müddətə namizədliyini irəli sürməyə hazırlaşır, eyni zamanda bir neçə pre-namizəd artıq ortaya çıxıb.

Sual-cavab sessiyası zamanı Siryiaya Messinin mümkün rolu ilə bağlı sual verilib. O, bu mövzuda belə danışıb:

“Biz hələ 2021-ci ildə demişdik ki, Messi həm idman baxımından nəsillər arasında körpüdür, həm də iqtisadi mühərrikdir. Bizə Leo Messi lazımdır və onu geri qaytarmaq üçün mümkün olan hər şeyi edəcəyik”.

Mark Siryia namizədliyini irəli sürməsinin əsas səbəbi kimi klubun idarəetmə modelinə dair narahatlıqlarını göstərib. Onun sözlərinə görə, mövcud rəhbərlik “Barselona”nı idman klubları arasında dünyanın ən yüksək borc səviyyəsinə gətirib çıxarıb.

O, klub üzvlərinin rolunun artırılacağını və onların klubun həqiqi sahibləri olduğunu vurğulayıb. Siryia hesab edir ki, hazırkı idarəetmə sistemi artıq köhnəlib və yenilənməyə ehtiyac var.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm