Keçmiş həyat yoldaşı dünya çempionunu məhkəməyə verdi: Bu qədər təzminat tələb edir
Bizi izləyin

İdman

Keçmiş həyat yoldaşı dünya çempionunu məhkəməyə verdi: Bu qədər təzminat tələb edir

Keçmiş həyat yoldaşı dünya çempionunu məhkəməyə verdi: Bu qədər təzminat tələb edir

"Liverpul"un ulduz yarımmüdafiəçisi Aleksis Mak Allisterin keçmiş sevgilisi Kamila Mayan futbolçunu məhkəməyə verdikdən sonra ilk dəfə ictimai açıqlama ilə çıxış edib.

Publika.az xəbər verir ki, məsələ təkcə qalmaqallı ayrılıqla bağlı deyil. Kamilanın sözlərinə görə, Mak Allister 2022-ci ildə Argentina ilə dünya çempionu olduqdan sonra onunla 5 illik münasibətlərinə son qoyub və Kamilanın rəfiqəsi Aylen Kova ilə görüşməyə başlayıb. Aylen indi futbolçudan uşaq gözləyir.

Kamila bildirib ki, Aleksisin yeni münasibəti onların rəsmi ayrılığından əvvəl başlayıb və o, bu haqda ilk dəfə mətbuatdan öyrənib. İndi o, futbolçudan 6 milyon dollar - xaricdə birlikdə keçirdikləri hər ay üçün 250 min dollar təzminat tələb edir.

"Əgər o deyirsə ki, mübahisəni ictimailəşdirirəm, üzr istəyirəm, amma jurnalistlərə məlumatları mən ötürmürəm. Susurdum, hətta ekranlardan onun artıq başqa biri ilə olduğunu öyrəndiyim vaxtlarda belə", – deyə Kamila qeyd edib.

O həmçinin əlavə edib ki, futbolçuya təzyiqi azaltmaq üçün onu "mediya siması" kimi təqdim etməyə çalışıblar. Argentina tabloidlərinin yazdığına görə, ayrılıqdan sonra Mak Allister Kamilanı sözün əsl mənasında İngiltərədən qovub və bundan sonra o, ölkəni tərk etmək məcburiyyətində qalıb.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm