İdman
Mourinyo “Real” haqda: "Məni “sabun operası”na çəkməyin!"
Joze Mourinyo “Real”a mümkün qayıdışı ilə bağlı sualı cavablandırıb.
Publika.az xəbər verir ki, portuqal mütəxəssis bu cür şayiələri seriallarla müqayisə edib.
“Məni “sabun operası”na sürükləməyi dayandırın. Bir neçə yaxşı serial var, amma onlar uzun müddət davam edir. Bir-iki epizodu qaçırırsınız, sonra isə daha süjeti izləyə bilməzsiniz. Məni saymayın, seriallarda baş rolda çəkilməyəcəyəm”, – Mourinyo “Sport TV”yə deyib.
Portuqaliyalı çalışdırıcı 2010-2013-cü illərdə “Real Madrid”in baş məşqçisi vəzifəsində çalışıb. Onun rəhbərliyi altında “kral klubu” İspaniya çempionluğu, İspaniya kuboku və İspaniya Superkubokunun qalibi olub. Sentyabr ayından Mourinyo “Benfika”ya rəhbərlik edir.
-
Köşə09:12Azərbaycanda məmurdan sensasion etiraf: Tapşırıqla...
-
Avropa08:48Şahzadə Harri qadın jurnalistə görün nə yazıb - İlk görüşdən sonra...
-
Magazin106:16"Birlikdə keçirdiyimiz son ad günü..." - FOTO
-
Avropa04:44Vens xanımı ilə Budapeştə gedir - Orbana dəstək verəcəklər
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək






































