Nigar Bundesliqada debüt etdi - FOTOLAR
Bizi izləyin

İdman

Nigar Bundesliqada debüt etdi - FOTOLAR

Futbol üzrə qadınlardan ibarət Azərbaycan milli komandasının üzvü Nigar Mirzəliyeva yeni klubu "Hamburq"da debüt edib.

Publika.az xəbər verir ki, 23 yaşlı müdafiəçi Almaniya Bundesliqasının 16-cı turu çərçivəsində "Frayburq"la doğma meydanda keçirilən görüşdə çıxış edib. O, start heyətdə yer alıb və sonadək meydanda olub.

Matçda "Frayburq" 2:0 hesabı ilə qalib gəlib.

Hazırda "Hamburq" turnir cədvəlində 10 xalla 12-cidir. Lider isə 43 xala malik "Bayern"dir.

Xatırladaq ki, Nigar Mirzəliyeva yanvarın 24-də "Hamburq"la ilə 2,5 illik müqavilə imzalayıb. O, Almaniya klubuna qədər Rusiya təmsilçisi "Zenit"də çıxış edib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm