İdman
AFFA Kadinin cəzasını açıqladı
"Qarabağ"ın futbolçusu Kadi Borges iki oyunluq cəzalanıb.
Publika.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.
Buna braziliyalı yarımmüdafiəçinin Misli Premyer Liqasının XX turunda "İmişli" ilə oyunda birbaşa qırmızı vərəqə alması səbəb olub. "Köhlən atlar" ciddi qayda pozuntusuna yol verən oyunçuya görə 1 000 manat ödəməli olacaq.
"İmişli"nin legioneri Dioqo Almeyda hakimin qərarına etiraz etdikdən sonra ikinci sarı vərəqəni alaraq meydandan qovulduğu üçün bir matç cəza ilə üzləşib. Bölgə təmsilçisi 2 500 manat cərimələnib. Klub qarşılaşmanın fasiləsində meydana kənar şəxsin daxil olması ucbatından 2 500 manat ziyana düşüb.
Görüşün sonlarında Ağdam klubunun azarkeşləri pirotexniki vasitədən istifadə ediblər. Bu, cari mövsümdə üçüncü dəfə təkrarlandığına görə "Qarabağ" 6 000 manat ödəyəcək.
Heybət
-
İdman18:24Sabiq hücumçuya vəzifə verildi
-
Hadisə17:22Gəncədə 17 yaşlı oğlan atasını bu səbəbdən öldürüb - TƏFƏRRÜAT
-
Sağlamlıq16:18Həkimlərdən şok tövsiyə: Təzyiqi salmaq üçün dərman atmayın, bunu edin
-
Region16:12Qafqazda yeni körpü: Bu iki qonşumuz enerji güclərini birləşdirir
-
İdman15:40Messinin 50 milyonluq təyyarəsi: Onu xüsusi edən nədir? - FOTO
-
Rəsmi xronika15:03İlham Əliyev fərman imzaladı
-
Rəsmi xronika14:48İlham Əliyev Qlobal Bakı Forumunun açılışında çıxış etdi - YENİLƏNDİ
-
Dünya14:44ABŞ-ın bu ştatı təşvişdə: İran dronlarının hücumuna hazırlaşırlar




































