İdman
Ulduz oyunçudan sevgilisinə 400 min dollarlıq hədiyyə - Fotolar
NBA ulduzu Kley Tompson sevgilisi, məşhur reper Meqan Ze Stallion üçün həqiqətən səs-küylü sürpriz hazırlayıb. Basketbolçu onun 31-ci doğum günü münasibətilə təxminən 400 min dollar dəyərində yeni "Bentley Mulsanne" avtomobili hədiyyə edib.
Publika.az xəbər verir ki, ABŞ mediasının məlumatına görə, lüks avtomobil cütlüyün tropik məkanda təşkil etdiyi şənliyin əsas sürprizi olub.
"Dallas Mevriks" klubunun oyunçusu və bir neçə musiqi mükafatının qalibi olan Meqan münasibətlərini ötən il ictimaiyyətə açıqladıqdan sonra bir-birinə bahalı hədiyyələr vermələri ilə diqqət çəkirlər. Xanım reper sosial şəbəkələrdə paylaşım edərək Kleyə təşəkkür edib və istirahətdən görüntülər yayımlayıb.
Maraqlıdır ki, cəmi bir həftə əvvəl, fevralın 8-də reper Tompsonun 36-cı doğum günü münasibətilə özü də möhtəşəm tədbir təşkil edib. Mərasim çimərlik pikniki və "Bone Thugs-N-Harmony" qrupunun sürpriz çıxışı ilə yadda qalıb.
2025-ci ildə Meqan sevgilisinə təxminən 300 min dollar dəyərində "Audemars Piguet" saatı və eksklüziv dəniz mövzulu boyunbağı da hədiyyə edib.
Görünür, bu cütlük arasında ən təsirli hədiyyə uğrunda qeyri-rəsmi rəqabət davam edir.





-
Sosial18:50İlin sonuna kimi bu ərazidəki 4200-dən artıq mənzil söküləcək
-
Rəsmi xronika17:34Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
-
Sağlamlıq17:06Bu şəxslər oruc tutmamalıdır - Əks halda...
-
Sosial15:12Azərbaycanda məktəblinin geyim forması: Valideynlər bunu etməyə borcludurlar
-
Nida Xəbər 14:31İran bu mövzuda ABŞ-a güzəştə gedir - Üçüncü ölkəyə təhvil veriləcək
-
İdman13:42Yaşıl meydanların rus gözəli: O, Bakıya niyə gəlibmiş? - Fotolar
-
İdman12:57Qəmbərov Nərimana dəstək olacaq: Ona dedim ki, "Kalumbus"a azərbaycanlı futbolçu gəlir
-
Köşə12:12Mourinyodan şok iddia: Bunun “Qarabağ”a nə dəxli var?























.jpg)














