İdman
Azərbaycan çempionu: “Ən çətin görüşüm ona qarşı oldu”
Ümumilikdə turnir çox maraqlı və gərgin keçdi. Beş görüş keçirdim və deyə bilərəm ki, ən çətin qarşılaşmam ikinci raundda Ravan Əliyevə qarşı oldu. Həmin partiya həm fiziki, həm də psixoloji baxımdan ən yorucu görüşlərimdən biri idi.
Publika.az xəbər verir ki, bu sözləri şahmat üzrə Azərbaycan çempionu olan Məhəmməd Muradlı söyləyib.
Bütün rəqiblərinə təşəkkür edən çempion deyib: "Hər biri sona qədər ciddi və maraqlı mübarizə apardı. Final görüşü isə xüsusilə maraqlı idi və mənim üçün böyük əhəmiyyət daşıyırdı. Sevindirici haldır ki, turniri yaxşı formada başa vura bildim və bütün görüşlərdən qalib ayrıldım. Bir daha qeyd etmək istəyirəm ki, turnir yüksək səviyyədə təşkil olunmuşdu. Təşkilatçılara göstərdikləri diqqət və peşəkarlığa görə təşəkkürümü bildirirəm".
-
Sosial22:0071 illlik xoşbəxt evliliyin sirri: “Mənə pul da versələr...” - Video
-
Magazin121:24"Dünyada Elnarə kimi müğənni yoxdur"
-
Dünya20:36Qlobal istiləşmə dünya qəhvə bazarını təhdid edir
-
Magazin118:36“Qəpiyimə qədər alıb, evimə köçə bilmirəm” - Video
-
Ekologiya17:38Bu ərazilərə qar yağacaq - Xəbərdarlıq
-
Region16:59İrandan gizli ssenari - Əgər Xamenei öldürülərsə...
-
İdman16:48Messi hakimlərə hücum etdi - Video
-
Hadisə15:59Ramin Yusifovun qardaşı Rusiyada vəfat etdi







































