İdman
AFFA bəyanat yaydı, "Neftçi"nin narazılığına cavab verdi
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) bəyanat yayıb.
Publika.az xəbər verir ki, qurum “Neftçi” klubunun hakim idarəçiliyi ilə bağlı bəyanatına cavab verib.
“Ölkə futbolunun ali idarəedici qurumu olaraq fəaliyyətini beynəlxalq standartlara, xüsusilə UEFA və FIFA prinsiplərinə uyğun şəkildə həyata keçirir. AFFA-nın əsas prioritetləri ədalətli oyun, şəffaf idarəçilik, bərabər münasibət və futbol ictimaiyyətinin etimadının qorunmasıdır.
Son dövrlərdə AFFA Hakimlər Komitəsi və Hakimlər Departamentində aparılmış islahatlar məhz bu prinsiplərin daha da möhkəmləndirilməsinə yönəlib. Hakimlərin təyinatı, qiymətləndirilməsi və VAR prosedurları beynəlxalq təlimatlara uyğun icra olunur və proseslərin institusional əsaslarla təkmilləşdirilməsi davam etdirilir.
Eyni zamanda bildiririk ki, ötən ilin sonunda qəbul edilmiş qərara əsasən, hər klub mövsüm ərzində mübahisəli oyun epizodları ilə bağlı VAR yazılarına baxış üçün 3 dəfə rəsmi müraciət etmək hüququna malikdir. Bu mexanizm şəffaflığın artırılması və sualların institusional qaydada cavablandırılması məqsədi daşıyır.
Bununla yanaşı, “Neftçi” PFK tərəfindən son günlər ictimaiyyətə Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümündə hakim qərarları ilə bağlı etiraz xarakterli açıqlamalar yayılır. Yaranmış vəziyyətdə spekulyasiya xarakterli məlumatların yayılması, ictimai rəylə manipulyasiya edilməsi və oyun epizodlarının qiymətləndirilməsində şəxsi maraqlardan irəli gələrək qaydaların təhrif olunması hallarının qarşısını alınması məqsədilə bildiririk ki, AFFA Hakimlər Komitəsi klubun təqdim etdiyi bütün mübahisəli epizodları peşəkar, obyektiv və hüquqi çərçivədə müzakirə etməyə hazırdır.
Bu məqsədlə “Neftçi” PFK-nın rəsmi nümayəndələrini AFFA-ya dəvət edir, təqdim olunan epizodların detallı şəkildə təhlil olunmasını və mövcud sualların cavablandırılmasını təklif edirik.
AFFA olaraq bütün klubları birtərəfli açıqlamalardan çəkinməyə, emosional ritorika əvəzinə institusional dialoqa üstünlük verməyə və Azərbaycan futbolunda sağlam mühitin qorunması naminə qarşılıqlı hörmət və əməkdaşlıq prinsiplərinə sadiq qalmağa çağırırıq", - bəyanatda qeyd olunub.
-
Dünya20:12Qədim məbədin xarabalıqlarında görün kimin başı tapıldı
-
Magazin119:00Saleh Bağırov müğənni haqqında: "Olduqca təhlükəli və əxlaqdan bixəbərdir"
-
Hadisə17:44Nizami Gəncəvinin abidəsi təhqir olundu - VİDEO
-
MDB17:09Kadırovun oğlu Ukraynadakı əməliyyatlara verdiyi töhfəyə görə təltif edildi
-
Hadisə16:13"Makedon" vəfat etdi
-
Yaxın Şərq15:55İsrail ordusu indi də Suriyaya girdi
-
MDB14:28Ukrayna son sutkada 1400-ə yaxın hərbçi itirib? - Şok iddia
-
Magazin214:0249 yaşlı Şakiranın yeni imici - FOTO





































