İdman
Mahir Emreli: Emosional an idi, çünki...
Azərbaycan millisinin və "Kayzerslautern"in hücumçusu Mahir Emreli Almaniya mətbuatına açıqlama verib.
Publika.az xəbər verir ki, 2-ci Bundesliqanın “Karlsrue” ilə görüşün (3:0) 83-cü dəqiqəsində fərqlənən 28 yaşlı futbolçu çempionatın cari mövsümdə vurduğu ilk qol haqda danışıb. O, fərqləndiyi üçün xoşbəxt olduğunu deyib:
“Bu gün mənim üçün emosional an idi, çünki son həftələr və aylar çətin keçmişdi. Belə bir oyunda, möhtəşəm atmosfer qarşısında ilk qolumu vurmaq məni çox xoşbəxt edir. Xüsusilə də uzun zədə fasiləsindən sonra. Azarkeşlər mesajlar yazdılar və mənə inandıqlarını göstərdilər. Derbi oyunlarında atmosfer digər matçlardan fərqli olur”.
Emreli komandasının baş məşqçisi Torsten Lieberxnextlə arasındakı münasibət barədə də danışıb:
“Baş məşqçi ilə yaxşı ünsiyyətimiz var. Xüsusilə zədəli olanda komandanın bir qədər kənarında qalırsan. Mən ondan soruşdum ki, daha çox oynamaq üçün nəyi daha yaxşı etməliyəm. O, məşqlərdəki çıxışımdan razıdır. Hətta cəmi beş dəqiqə oynasam belə, əlimdən gələni edir və özümü sübut etməyə çalışıram”.
Qeyd edək ki, Emreli "Kayzerslautern"in heyətində sonuncu dəfə 8 ay əvvəl - 2025-ci ilin avqust ayında Almaniya kuboku çərçivəsində "RSV Anytraxt" ilə görüşdə (7:0) fərqlənib.
Heybət
-
Yaxın Şərq13:13İsrail Xameneinin təyyarəsini də məhv etdi
-
Avropa12:33İran xəritədən silinib? - Avropalı deputatlar İslam ölkəsini tapa bilmədilər
-
Sosial12:08Üç övladı olan valideynləri sevindirəcək xəbər
-
Nida Xəbər 11:26Hərbi xidmətə getməyənlərin NƏZƏRİNƏ: Qaydalar sərtləşdirilir
-
Dünya10:46Ukrayna İranın hücum etdiyi ölkələrə kömək göndərdi: Görün əvəzində nə istəyir
-
İdman10:35Sevgilisi "Real"ın ulduzuna xəyanət edib? - Özünüzü qoruyun - FOTO
-
Elm və təhsil10:29Qəbul imtahanlarının tarixi açıqlandı
-
ABŞ10:04Tramp əlacsız durumdadır: Hörmüzə görə Çindən kömək istədi





















.jpg)













